Azərbaycan millisinin yarımmüdafiəçisi Ruslan Abışovun yeni komandası məlum olub
Simsar.az qol.az-a istinadən xəbər verir ki, futbolçu karyerasını yenidən ölkəmizdə davam etdirəcək.
Müqavilə ilə Kazanın "Rubin"klubuna məxsus olan 27 yaşlı futbolçu yeni mövsümdən "Qəbələ"nin şərəfini qoruyacaq.
İcarə əsasında "Qəbələ"də çıxış edəcək Ruslan artıq komandanın Sloveniyadakı təlim-məşq toplanışına qoşulub.
Qeyd edək ki, artıq sosial şəbəkələrdə R.Abışovun "Qəbələ" formasındakı şəkili də yayılıb.
DİGƏR XƏBƏRLƏR