İtalyadakı Stromboli və Etna vulkanları yenidən fəallaşaraq ölkədə həyəcana səbəb olub.
Simsar.az xəbər verir ki, yerli xalq və bölgəyə gələn turistlərə xəbərdarlıq edilib. Sicilya adası sahillərindəki Eoli adasında yerləşən Stromboli vulkanı bir neçə gün əvvəl baş verən lava axıntısından sonra yenidən sakitləşmişdi. Lakin Stromboli yanardağının içində iki gün əvvəl 650 metr genişliyində və 750 metr yüksəklikliyə malik olan bir krater açıldığı qeyd olunub.
Siciliyanın şərqində yerləşən, Avropanın ən aktiv və 3323 metr yüksəklikdəki yanardağ Etna da fəallaşıb. Buna görə də yerli bələdiyyə və vulkan rəhbərləri tərəfindən təşkil edilən bütün turistik turlar ləğv olunub. Mütəxəssislər vulkanın 290 metr yüksəkliyindəki cığırdan keçənlərin belə böyük risk altında olduğunu bildirib.
Günel
DİGƏR XƏBƏRLƏR