“Seçkidə az səs toplayanın qalib gələni gərginliklə qarşılaması başadüşüləndir”
Bunu Simsar.az-a Müsavat Məclisinin üzvü, partiyanın yeni seçilən başqanının qardaşı Musatafa Hacıbəyli seçkidən sonra yaranmış vəziyyəti şərh edərkən deyib.
O bildirib ki, seçkidən sonra müəyyən narazılıqlar yaranıb. Əslində bu narazılıqların ən yaxşısını başqanlığa namizəd olan Tural Abbaslı bildirib: “Tural Abbaslı xüsusi vurğulayıb ki, Seçki Komissiyasında namizədlərin hər birinin təmsilçiləri olub. Səslərin sayılması və hesablanması şəffaf şəkildə həyata keçirilib. Bu proses internet vasitəsi ilə canlı olaraq yayımlanıb. Bundan sonra hansısa pozuntunun olduğu haqqında deyilənlər əsassızdır”.
M.Hacıbəyli Müsavat başqanlığına namizəd olan və namizədliyini Qubad İbadoğlunun leyhinə geri götürən Səxavət Əlisoyun “Arif Hacılı istefa verməlidir”- bəyanatına münasibət bildirib: “Qurultayın iradəsinə hörmətlə yanaşmaq lazımdır. Qurultayda Müsavat üzvlərinin əksəriyyəti Arif bəyi başqan görmək istəyini ifadə edib. Mən Səxavət Əlisoyu qurultayın və Müsavat üzvlərinin iradəsinə hörmətlə yanaşmağa çağırıram”.
Hüseyn İbadlı
DİGƏR XƏBƏRLƏR