Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ali təhsil müəssisələrinə qəbul imtahanlarında 4 ildir ki, açıq tipli test tapşırıqları tətbiq edilir.
Simsar.az xəbər verir ki, bunu TQDK-da keçirilmiş mətbuat konfransında sözügedən qurumun sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, testologiyada belə tapşırıqlar qəbul proqramını daha dərindən mənimsəmiş, riyazi təfəkkürü və analitik təhlil qabiliyyəti güclü olan abituriyentlərin hazırlıq səviyyəsini bir-birindən fərqləndirmək üçün nəzərdə tutulub. Qəbul imtahanlarında hesablama, seçim, ardıcıllıq və uyğunluğu müəyyən etmək formalı 5 açıq tipli test tapşırığından istifadə edilir. Belə tapşırıqları tətbiq etməmişdən 2 il (2008-ci ildən) əvvəldən başlayaraq, hal-hazıradək “Abituriyent” jurnalının birinci nömrəsində bütün imtahan fənlərindən açıq tipli test tapşırıqlarına dair nümunələr verilir və cavab kartında necə qeyd edilməsi göstərilir. Həmçinin, 2009-cu ildən başlayaraq, bütün imtahan fənləri üzrə 5-11-ci siniflər üçün test kitabçalarında da açıq tipli test tapşırıqları nümunələri verilir. 2010-cu ildə yanvar ayında və aprel-iyun aylarından başlayaraq, hal-hazıradək sınaq imtahanlarında belə tapşırıqlar sınaqdan keçirilir.
Qəbul imtahanlarında 2010-2013-cü illərdə hər ixtisas qrupunda iki fəndən açıq tipli test tapşırıqlarından istifadə olunub. Cədvəldə bu fənlərin qruplar üzrə çeşidi və həmin fənlərin müvafiq qrupdakı çəki əmsalları təqdim olunur.
Cədvəldən göründüyü kimi, iki qrupda əsas fənlərdən, iki qrupda isə çəki əmsalı 1 olan bir fəndən açıq tipli test tapşırıqları istifadə olunub |
Aysel Kərimova
DİGƏR XƏBƏRLƏR