“France Press” xəbər agentliyi 2014-cü ilin ən önəmli hadisələrinə aid şəkillər yayımlayıb.
Simsar.az həmin şəkilləri təqdim edir.
Honkonqda Çin hökumətinin seçki islahatlarına qarşı çıxan çinlilər. Bu Çində 1997-ci ildən bəri hkumət əleyhinə ən böyük mitinq idi. Etirazçılar mobil telefonlarının fanarlarını yandıraraq maraqlı görüntü yaradırlar.
Honkonqdakı aksiyaçılara qarşı polis sərt reaksiya verdi. Xalq əllərində çətirlərlə polisə qarşı çıxdıqları üçün, hadisələr “Çətir inqilabı” adlandırıldı.
Minlərlə Honkonqlu günlərlə küçələrdə gecə-gündüz demədən haqqlarını tələb etdilər. Belə olduğu halda polis də küçədə yatmağa məcbur oldu.
ABŞ-da silahsız olduğu halda plis tərəfindən öldürülən 18 yaşlı qaradərili gənc üçün bütün ölkəni “Qara üsyan” bürüdü.
Ebola virusu Afrikada Sierro Lionedə 7 min 109 nəfərin ölümünə səbəb oldu.
Ebola virusu xəstəsi Liberiyada bir nəfər evinin önündə halsız vəziyyətdə ölümünü gözləyir.
Ukraynalı bir əsgər Luqanskda hava raketi atır.
Ukraynanın Makiyivka şəhərində atılan bombadan ölən qızının cəsədi üzərində ağlayan bir ana.
Ukrayna əsgərləri Rusiya meyilli üsyançını hıbs edirlər.
İranda 18 yaşlı oğlu öldürülən bir ana, övladının qatilini son anda, dar ağacındaykən bağışlayır. Ana qatili sadəcə bir şilləylə cəzalandrır.
Fransanın cənubunda şiddətli sel 5 nəfərin ölümünə və böyük maddi zərərə səbəb oldu.
Bosniyalı gəlinin maraqlı toy makyajı.
Suriyada qan durmur. Vətəndaş müharibəsində ən çox zərər görən isə uşaqlardır.
Qəzza Zolağında İsrailli uşaqlar oyuncaq tapançalarla böyükləri yamsılayırlar.
İsrailin Qəzzaya “Qoruyucu xətt” əməliyyatı adı altında havadan, sudan, qurudan etdiyi hücumlar nəticəsində 100 fələstinli öldü.
İsrailin atdığı bombada övladını itirən ata Tarik əl Rifinin üsyanı...
Qəzzada İsrail bombaları altında namaz qılan fələstinlilər.
Braziliyada keçirilən futbol üzrə son dünya çempionatında ev sahibi Braziliyanın hücumçusu Neymarın məğlubiyyət göz yaşları.
İspanyanın Sabucedo qəsəbəsindı 400 ilik ənənə. At festivalından maraqlı görüntü.
Türkmənitsanda “Cəhnnəm qapısı”. Sovet hakimiyyəti dövründə Qaraqum çölündə açılan təbii qaz quyusu 40 ildir durmadan yanır.
Rio de Janeyroda çaxan ildırımın işıqları altında Həzrəti isanın heykəli.
Venesuelada xalq prezident Nikolas Maduroya qarşı etiraz aksiyaları keçirdi. İki polis aksiyaçı bir qızı həbs edərək polis məntəqəsinə aparır.
Türkiyənin Soma şəhərində mədən faciəsi. Xilas olan yaxınını qucaqlayan bir vətəndaş.
“İŞİD”-dən qaçaraq Türkiyəyə sığınan Suriyalı qaçqınlar.
Vüsal Qarayev
DİGƏR XƏBƏRLƏR