Bu gün tanınmış yazıçı, şair, tərcüməçi Vidadi Babanlının doğum günüdür.
Vidadi Babanlı 1927-ci ildə Qazax rayonunun Şıxlı (indiki Muğanlı) kəndində müəllim ailəsində anadan olub. ADU-nun (indiki BDU) filologiya fakültəsində təhsil alıb. "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində işləyib. Sonra Moskvaya M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. "Ədəbiyyat qəzeti" redaksiyasında ,"Azərbaycan" jurnalı redaksiyasında, C.Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının dublyaj şöbəsində ,"Yazıçı" nəşriyyatında işləyib.
V.Babanlının ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Anam sən oldun" şeiridir. İlk şeirləri "Dönüş", "Təbrizdə bir gecə" poemaları dövri mətbuatda "Vidadi Şıxlı" təxəllüsü ilə çap olunub. "Gəlin" povesti ilə nəsr yaradıcılığına başlayıb.
1954-cü ildən roman, povest, hekayə, oçerk, publisistik məqalələr, kinossenari yazıb-yaradır. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə çevrilib. Son illər "Öz evində qonaq" pyesi tamaşaya qoyulub. 20-dən çox kitabı çap olunub.
Simsar.az
DİGƏR XƏBƏRLƏR