80-90-cı illərin əfsanəvi qəhrəmanı “Rembo”nun ardı çəkilir.
Simsar.az xəbər verir ki, dünya şöhrətli 69 yaşlı aktyor Silvester Stallone bu haqda Tvitter hesabında yazıb. "Rembo: Son qan"ın ardından Stallone Qreq Skarpanın həyatından bəhs edəcək "Skarpa"nı çəkməyə hazırlaşır. Ötən il alman film şirkəti Spendid rəsmi açıqlama yayaraq Silvesterin əfsanəvi roluna dönəcəyi, bu dəfə onun meksikalı narkotik mafiyası ilə qarşılaşacağını bildirmişdi.
Qeyd edək ki, şirkət rəsmisi filmi Oskar Mükafatı qazanan “Qocalara Yer Yoxdur” ekran əsəri ilə müqayisə etsə də, aktyor özü bu açıqlamaya heç bir münasibət bildirməmişdi.
Nigar
DİGƏR XƏBƏRLƏR