Dövlət Yol Polisi (DYP) və Post Patrul Xidmətinə (PPX) məxsus bütün maşınlar bu dəqiqələrdə Azadlıq meydanına gətirilib.
Virtualaz.org saytı xəbər verir ki, Bakının bütün rayonlarının polis idarələrinə məxsus DYP və PPX maşınlarının Azadlıq meydanına toplanması nəzərdə tutulur. Axşama qədər Bakı polisinin bütün xidməti maşınları meydana yığılacaq. Hazırda yüzlərlə PPX və DYP maşınları Azadlıq meydanındadır.
Əldə etdiyimiz məlumata görə, paytaxt polisinin bütün xidməti avtomobilləri meydana daxili işlər naziri Ramil Usubovun göstərişi ilə yığılıb. Məqsəd onlara baxış keçirməkdir. Baxışdan sonra bütün PPX və YPX maşınları dəyişdirilərək yeniləri ilə əvəz olunacaq.
Müxbirimiz Azadlıq meydanında DYP əməkdaşlarından öyrənə bilib ki, bu il iyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunlarına qədər DİN-in bütün avtoparkı yenilənəcək, polislərin bütün xidməti maşınları yeniləri ilə əvəz olunacaq. Bugünkü “maşın toplantısı” da bu istiqamətdə atılan ilk addımdır.
DİGƏR XƏBƏRLƏR