65-ci Berlin Kino festivalında təqdim olunan “Bozun 50 Çaları” filmi böyük qınağa səbəb olub.
Simsar.az ingilis mediasına istinadən xəbər verir ki, filmin nümayişində xoşagəlməz hallar yaşanıb. Gözlənilmədən ətrafda gülüş səsləri eşidilib. Bundan başqa filmin təqdimatından sonra media əhli iradlarını bildirib. Onlar filmdə dəb-dəbənin çox nümayiş olunduğunu deyərək bunu xoşagəlməz hal kimi qiymtləndiriblər.
Artıq yerli kinoteatrlarda da nümayiş olunan filmə qadağa qoyan ölkələr də var. Bu sırada Rusiyanın da adını qeyd edə bilərik. Şimal ölkəsinin bir sıra ərazilərində erotik filmin nümayişi qadağan olunub. Kenya, Malayziya, İndoneziyada da filmin nümayişinə icazə verilmir.
Nigar
DİGƏR XƏBƏRLƏR