Mart hadisələrindən 20 il ötür
Vətən üçün canından keçən, onun əsl vətəndaşı olanlar - Milli Qəhrəmanlarımız.
Belə bir deyim var ki, generalın tərifə, təqdimata ehtiyacı yoxdu. Ona görə ki, general adını daşıyan şəxs tərifini də, təqdimatını da öz xidməti ilə xalqına sədaqəti ilə təsdiq etməlidir. Bunun üçün, xalq şairinin dediyi ki, mamır olub qayalarda bitmək lazımdır. Məhz Rövşən Əkbərov da Vətənin oğul dediyi generallardan biridir.
20 il bundan əvvəl martın 13-də başlayan hadisələr zamanı XTPD-nin Qazax bölməsinə hücum olundu və qanlı döyüş baş verdi. Bununla da mart hadisələrinin əsası qoyuldu. Bundan 2 gün sonra, yəni silahlı qarşıdurma ərəfəsində prezident Heydər Əliyev "OMON"çulara bağışlanmaq imkanı yaradan xüsusi fərman versədə bunla razılaşılmadı. Martın 16-dan 17-nə keçən gecə silahlı toqquşma yarandı. Sözü gedən hadisələrin qarşısının alınmasında Milli qəhrəman Rövşən Əkbərovun xüsusi xidməti danılmazdır. Belə ki, 1995-ci il mart hadisələrində məhz Rövşən Əkbərovun xüsusi döyüş taktikası ilə silahlı dəstə zərərsizləşdirilib. Uğurlu əməliyyatdan sonra General-leytenant rütbəsinə qədər yüksələn Rövşən Əkbərov 1999-cu ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin, 2002-ci ildə isə Ukrayna Hərbi Akademiyasının müdavimi olub. Sözü gedən akademiyanı qırmızı diplomla bitirib.
Azərbaycan xalqı Rövşən Əkbərovun Azərbaycan üçün, Azərbaycan ordusu üçün kim olduğunu çox gözəl bilir. Onun Ağdam, Füzuli cəbhə xəttindəki apardığı əməliyyatların nəticəsinin, necə döyüşdüyünün, əsgərlə, zabitlə necə rəftar etdiyinin, şəhid ailələrinə necə yanaşdığınının canlı şahidləri var. Danılmazdır ki, torpağ üçün canından keçməyə hazır olan general eyni zamanda əsgərlərinə əsl ata qayğısı göstərir. Onların vətənpərvər ruhda yetişməsinə birbaşa təsir edir.
Rövşən Əkbərovun döyüş yolu, tərcümeyi-halı Müdafiə Nazirliyi sistemində tutduğu mövqe bəllidi. Bu, olduqca qürurvericidir. Çünki Rövşən Əkbərov kürəyini düşmən gülləsinə çevirənlərin komandiri deyil. O, hər çətinliyə sinə gərməyi, rəqiblə üz-üzə, göz-gözə dayanmağı bacarır. Generalın bu şücaəti, mərdliyi dövlət və millət üçün əvəzsizidir. Düşmən zaman-zaman etiraf edib ki, Rövşən Əkbərovun ön xəttdə yerləşən Şəmkir Korpusuna komandan təyin olunması döyüş olacağından, müharibə olacağından xəbər verir. Deməli düşmənin daxilində müharibə xofunu yaradıb.
Azərbaycan Silahlı Qüvvələrinin bir məramı var - işğal olunmuş torpaqlar azad olunmalı və bir qarış torpaq belə bir daha kimsəyə verilməməli. Əlbəttə ki, bu, bütövlükdə Azərbaycan ordusunun, eləcə də Rövşən Əkbərovun çiynində bir ağır yükdür. Bu yükdən xilas olmaq üçün isə bir çıxış yolu var. Bu yol Şuşaya, Xankəndinə, dövlət sərhədlərinə vətən bayrağı, zəfər bayrağı sancılmasıdır. Sərhədlərdə barıt qoxusu duyan, hərb həyatını damla-damla, qıram-qıram canına-qanına hopduran, döyüşən general, dövrün Korğlusu, Nəbisi olan Rövşən Əkbərov Ali Baş Komandandan hər an “torpaqları azad et”, “vur” əmri gözləyir.
Dosye
Rövşən Əkbərovun həyatı:
Rövşən Əkbərov 1965-ci ildə, iyun ayını 4-də Bakı şəhərində dünyaya gəlib. İlk təhsilini 1972-ci ildə 42 nömrəli məktəbdə alıb. Səkkizinci sinfə qədər bu məktəbdə təhsil alan gələcəyin general-letinantı 1979-cu ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə daxil olub. Bu mərhələni də uğurla adladıqdan sonar Kiyev Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olub.
Rövşən Əkbərov 1986-cı ildə təyinatla Zaqafqaziya Hərbi Dairəsi Komandanlığının sərəncamına, 1987-ci ildə isə xidmət etdiyi ordunun tərkibində Əfqanıstana göndərilib.
Bir il sonar Zaqafqaziya Hərbi Dairəsinə dönüb. 1989-cu ildə xidmət etdiyi alayda bölük komandiri vəzifəsinə təyin edilib.
Rövşən Əkbərov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən qanlı döyüşlərdə rəhbərlik etdiyi birqadası ilə xüsusi şücayət və qəhramanlıqlar göstərib.
General-leytenant rütbəsinə 2002-ci ildən yüksələn hərbiçi 2011-ci ilin fevralında Şəmkir korpusunun komandiri təyin olunub.
Ailəlidir, dörd övladı var.
Mükafatları
Rövşən Əkbərov Azərbaycanın ərazi bütovlüyünün qorunub saxlanmasında göstərdiyi igidliyə görə 2 dəfə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Azərbaycan Respublikası prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Əkbərov Rövşən Telman oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
14.12.1993 - "Azərbaycan Bayrağı" ordeni
05.10.1994 - Azərbaycanın Milli Qəhrəmanı
04.04.1995 - "Azərbaycan Bayrağı" ordeni
24.06.2003 - "Vətən uğrunda" medalı
25.06.2011 - 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni
Müəllif: Hüseyn İbadlı , Simsar.az
DİGƏR XƏBƏRLƏR