“Hennessey Venom GT” avtomobili dünyanın ən sürətli avtomobili elan olunub. Avtomobilin maksimal sürəti saatda 437 km-dir. Buna qədər ən sürətli avtomobil Buqatti Veyron avtomobili sayılırdı.2012-ci il üçün Bugatti Veyron Super Sport” ən sürətli avtomobil elan olunmuşdu.
Maksimal sürəti 431 km/saat olan bu modelin qalib seçilməsinin səbəbi isə onun artıq satışda olması idi. “Hennessey Venom GT” modeli Bugattidən sürətli olsa da satışa çıxmadığı üçün birincilik əldə edə bilməmişdi. Bu il nəhayət ki, “Hennessey Venom GT” avtomobili bazara çıxarıldı. Hal-hazırda dünyanın ən sürətli avtomobili sayılan “Hennessey Venom GT” avtomobilinin sürəti saatda 437km-dir. Avtomobilin qiyməti 1.5 milion dollardan başlayır.
DİGƏR XƏBƏRLƏR