Azərbaycanın məşhur aktyorları, xalq artistləri Amalya Pənahova, Rasim Balayev, Həmidə Ömərova və Əməkdar artist Füzuli Hüseynov eyni layihədə yer alıb. Sənətkarlar Hindistanlı rejissor Priyadarşanın Azərbaycanda lentə alacağı “Yekun qətnamə” (təsdiq olunmamış ad) adlı filmdə biraaraya gələcək. Simsar.az xəbr verir ki, flm gənc qızın həyatından bəhs edir. Filmin süjet xətti hindistanlı qızın anasını axtarmaq mqəsədilə Azərbaycana gəlməsi üzərində qurulub. Filmin çəkilişləri avqustda başlanacaq və 4 ay davam edəcək. Ekran əsəri üçün 4-5 milyonluq büdcə nəzərdə tutulub. Filmin əsas qəhrəmanı olan gənc xanım hindistanlı aktrisa olacaq.
Filmdə yer alan azərbaycanlı sənətkarlar Simsar.az-a layihə haqqında fikirlərini bölüşüblər. Qeyd edək ki, Amalya Pənahova: Bu layihənin təşəbbüskarlarından biri də mənəm. Ilk növbədə məqsədimiz Azərbaycanı tanıtmaqdır. Bizim Hindistana xüsusi rəğbətimiz olub. Uşaqlığımız Hind filmləri ilə keçib. Bu marağı gənclərə aşılamaq məqsədi baxımından bu layihəyə imza atmağı özümə borc bildim. Bu layihələr Azərbaycanın imicini daha da yüksəyə qaldırmaq və beynəlxalq arenada tanımaq baxımından böyük əhəmiyyətə malikdir.
Həmidə Ömərova: 22 il ərzində AZTV-də “Retro” kino zalının aparıcısı olmuşam. Həftədə bir dəfə göstərilən xarici filmlərin şərhini vermişəm. 22 il ərzində çoxlu mıktublar almışam. ən çox tamaşaçılar Hind filmlərini sifariş veriblər. biz Hind ənənəvi melodramaları ilə böyümüşük. “Zita və Gita”, “Ram və Şam”, “Avar”, “Toz içində çiçək” və s.
Rasim Balayev: Kinoteatrlarda çox Hind filmlərinə baxmışam. Başqa xarici filmlərə baxmışa Hind filmlərinə xüsusi maraq vardı. Bəlkə də məni aktyor olmağa həvəsləndirən elə Hind filmləri olub. Sonrada xoşbəxtlikdən bir neçə kino fetsivallarda Hind aktyor və rejissorları ilə görüşdüm. Mən Hindistanda olmamışam. Amma oranın insanlarının fikri, problem, marağı haqqında məlumatım var. təbbi ki, bu məlumatları mənə Hind filmləri verib. Cavanlıqda arzu edirdim ki, Hind filminə çəkilim. Amma bu mənə müyəssər olmadı. Lakin yaşlı vaxtımda Azərbaycanda Hind filminə çəkilmək qismət oldu.
Füzuli Hüseynov: Ömrümün 38 ilini keçən əsrdə yaşamışam. Bizim vaxtımızda Hind filminə 10-15 dəfə baxanlar da vardı. O vaxt heç ağlıma gəlməzdi ki, Hind filminə çəkilmək mənə də nəsib olar. Çörçil deyib ki, insana cansağlığı bəs etmir, bir şans da lazımdır. Bu da bizim sənət həyatımızda bir şansdır. Dünyada bütün xalqlar və insanların bir-birinə bənzəyən ümumi cəhətləri var. Hindustanla bizi yaxınlaşdıran bizim də melodrama, sentimental hislərə malik olmağımızdır. Bizim tamaşaçılar da qəhrəmanların həyatını yaşamağa meylldurlər. Filmin qəhrəmanları ilə bərabər sevinirlər, kədərlərnirlər. Sevinirəm ki, kinomuzun patriarxları-Amalya xanım, Həmidə xanəm, Rasim müəllimlə bir layihədə yer alırıq.
DİGƏR XƏBƏRLƏR