TQDK MDBƏU-ya qəbul olmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları üçün keçirdiyi test imtahanının nəticələrini elan edib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə (MDBƏU) qəbul olmaq istəyən Azərbaycan vətəndaşları üçün mayın 17-də keçirdiyi test imtahanının nəticələrini elan edib. TQDK-nən mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.
Abituriyentlər imtahan nəticələrini həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Məlumat üçün bildirək ki, imtahanda 10 abituriyent iştirak edib. Onlardan ən yüksək nəticə göstərmiş 5 nəfər müsahibə mərhələsinə dəvət olunublar.
Müsahibə may ayının 21-də TQDK-nın Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m ünvanında yerləşən inzibatı binasında keçiriləcək. Müsahibədə abituriyentlərin ümumi dünyagörüşü yoxlanılacaq.
DİGƏR XƏBƏRLƏR