Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qənirə Paşayeva: "Duyursunuzmu, insanlar, duyursunuzmu?!"

Mallarını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbin yanında böyük mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu  yoxdur və onlar qəm-qüssə görməzlər.

(“Qurani Kərim”)

Comərd insanların azlığı, comərdliyin azalması bugünkü dünyanın və insanlığın ən böyük üzüntülərindən biridir. Əhalisnin sayı milyardlarla olan dünyada zənginlər zənginliklərinin bir hissəsini yoxsullar üçün, onların təhsili, sağlamlığı, qidalanması üçün sərf etsə, bu cür gərgin deyil, fərqli bir dünyada  yaşayar(d)ıq... Bu dünyanın hər yerində, o cümlədən bizdə də ən ciddi üzüntülərdən biri duyarlı insanların sayının get-gedə azalmasıdır...

Hz. Əli  deyərdi ki, cənnət  comərdlərin, cəhənnəm isə cahillərin yeridir. O zaman nədən comərd olmaq istəyənlərin sayı artmır?..

Təəssüf ki, nəfsə məğlub insanların sayı artır və əsas səbəb də elə budur. İnsan anlamır ki, o hər dəqiqə  dünyadan  köçə bilər və o zaman özü ilə bu dünyadan heç nə apara bilməyəcək... heç nə! Aparacağı tək şey etdiyi gözəl əməllər və yaxşılıqlar olacaq. İslam alimi və mütəfəkkiri Əhməd İbn Qeysin bu barədə çox hikmətli bir kəlamı  var:  “Comərdlik  olmadıqca  malın,  vəfa  olmadıqca  isə dostluğun xeyiri yoxdur.”

“Comərd - nəsihətlə yetinməyib, yardım edəndir” – deyirdi fransız yazarı Lyuk de Klapye Vovenarq. Həm də hz. Hüseynin təbirincə desək, insanların ən comərdi istənilmədən verəndir – yəni, ağır duruma düşmüş  insanın ondan yalvarıb xahiş etməsini gözləmədən yardım edən insan... Və yerində, zamanında verən insan. Belə deyirdi fransız yazıçısı və filosofu Jan Labrüer: “Comərdlik çox verməkdən savayı, yerində və zamanında verməkdir. Əsl comərd  isə verdiyini  xatırlamayandır və unutmamalıyıq ki, comərdlik  səadət açarıdır (Nasir Xosrov).

“Comərdlik dostluğun əsasıdır", – deyirdi ingilis yazıçısı Oskar Uayld.

Amerika  yazıçısı  Nataniel  Hotorn  isə  “comərdlik  ədalətin çiçəyidir” – deyirdi...

Comərdlik gözəldir, lakin zənginlərdə olsa daha gözəl olar, – deyirdi  Tanrının sonuncu elçisi...

“Heç ölməyəcəkmiş kimi dünya üçün, sabah öləcəkmiş kimi isə axirət üçün çalışın”, deyən peyğəmbərimiz bu gün də bizə səslənir. Duyursunuzmu, insanlar, duyursunuzmu?!.







26 Avqust, 2014  14:52 Baxılıb: 1286 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner