Bakıda kafe yanıb.Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 45 olan kafenin mətbəxində 1 ədəd məişət avadanlığı yanıb.Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 2 m² sahədə əriyib.Kafe yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.