Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Niyə Əli İnsanovun çıxışlarına qiymət verməliyəm?

“Mən Əli İnsanovun mövqeyini niyə dəstəkləməliyəm? Sosial şəbəkələrdə bunu iddia edənlər qələt edirlər”. Simsar.az xəbər verir ki, bunu Modern.az-a Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və lideri Etibar Məmmədov söyləyib. O qeyd edib ki, sabiq səhiyyə naziri, siyasətçi Əli İnsanova əks və ya onun tərəfində deyil: “O kim, mən kim... Nəyə görə kimisə müdafiə etməliyəm, kiminsə tərəfində ya da əleyhinə olmalıyam? Hərənin öz hüququ, öz məntiqi var. Kim nə istəyir, danışa bilər. Öz danışdıqlarına da hər kəs özü cavabdeh olmalıdır”.

Etibar Məmmədov Əli İnsanovun mübahisəli çıxışlarına isə qiymət vermək istəməyib: “Onun çıxışları ilə bağlı da heç bir fikrim yoxdur. Kimin haqqında danışıbsa, onlar cavab versin. O yaşı 70-i keçmiş adamdır. Vaxtilə nazir işləyib, həbsdə yatıb. Nə danışırsa, məlumdur ki, özü öz sözlərinə cavabdeh olmalıdır. Nəyisə hesablayıb, danışırsa, özü cavabdeh olmalıdır. Mən niyə onun çıxışlarına qiymət verməliyəm? Mənə artıq yerə bu cür suallar verirsiniz”.






8 May, 2019  09:29 Baxılıb: 856 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner