Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Toni Adams: "Yeni transferlər olacaq"

"İki yeni futbolçu almaq istəyirik"

"Bir neçə yoxlama oyunu keçirmək istəyirdik ki, buna da nail olduq. Beş görüş keçirdik. Planlaşdırdığımız kimi, hər bir futbolçu 3,5 oyun keçirdi. Bir sözlə növbəti mövsümə hazırıq". Fanat.az-ın Qələbəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri bu gün keçirilən mətbuat konfransında "Qəbələ"nin baş məşqçisi Toni Adams deyib.
İngilis mütəxəssis komandasını daha güclü rəqiblərlə oyunda sınamamasının səbəbi barədə danışıb: "Komandanı güclü rəqiblərlə oyunlarda sınamaq lazım idi. Buna da nail oldum. Əlbəttə, daha güclü klublarla da qarşılaşa bilərdik. Amma onlar bizimlə oyuna əsas heyətlə çıxmazdılar. Elə isə onlarla niyə oynamalıydıq? Amma oynadığımız rəqiblərin hamısının güclü heyətləri vardı".
İngilis mütəxəssis transfer çalışmalarının bitmədiyini bildirib: "Transferləri yekunlaşdırmamışıq. Biz hələ heyətimizi yenə gücləndirəcəyik. Daha 2 futbolçu almaq istəyirəm. Onlardan biri qapıçı Qrem Smitdi. Onunla danışıqlar davam edir. Baxmayaraq ki, bizim qapıçı problemimiz yoxdu".
Toni Adams "Qəbələ"də yaxşı futbolçuların olduğunu qeyd edib. Bu zaman o, yeni transferləri Mahir Şükürov və Dodonun adını çəkib. O, həmçinin bildirib ki, yeni transferləri Viktor Mendi növbəti mövsümün bombardiri ola bilər: "Son zamanlar biz çox qol vururuq. Xüsusuilə də Lyubo Baraninin autdan ötürmələri nəticəsində. Amma həm də çox qol buraxırıq. Viktor Mendidən sürpriz gözləyin. O, çempionatın bombardiri ola bilər"
Qəbələdəki turnirə gəlincə, Adams ilk oyunda əsas heyəti meydana buraxmamasının səbəbi haqda məlumat verib. O, bildirib ki, İngiltərədən təlim-məşq toplanışdan qayıdarkən uzun yol futbolçuların yorğunluğuna səbəb olub. Buna görə də o, Gürcüstanın "Dila" klubu ilə matçda ehtiyat oyunçuları meydana buraxıb. "Spartak"la oyunda isə Adams əsas heyəti meydana buraxsa da, komandası 0:1 hesabı ilə uduzub: "Uzun yol gəlmişdik və bu, futbolçuları əldən salmışdı. Buna görə də, “Dila” ilə oyuna (1:3) ehtiyat qüvvəni buraxmalı oldum. “Spartak”la oyuna əsas heyətin oyunçularını çıxarsam da, yenə uduzduq - 0:1. Dördüncü yeri tutmağımız mənim üçün o qədər önəmli deyil. Mən öz komandamdan məmnunam. Turnirdən sonra futbolçularıma iki günlük istirahət verəcəm".






1 Avqust, 2011  12:51 Baxılıb: 990 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner