Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Öd daşından necə qurturmalı

Simsar.az saytı öd daşından əziyyət çəkən xəstələrə pəhrizli yeməklər təqdim edirik.

Kəsmiklə doldurulmuş alma

100 qr az yağlı kəsmik, 150 qr alma, 10 qr kişmiş, 15 qr şəkər, 10 qr mannı yarması, 1/3 yumurta, 30 qr xama.
2 ədəd böyük alma götürülür, yarı bölünür və içərisi ovulur. Kəsmik kişmişlə, yumurtayla, şəkərlə, mannı yarması və almaların içərilərindən çıxarılmış qırıntılara qarışdırılır. Alınmış kütlə içərisi ovulmuş almalara doldurulub sobada azacıq bişirilir. Süfrəyə xama ilə verilir.


Kəsmikli qarabaşaq süflüsü

40 qr qarabaşaq, 15 qr şəkər, 80 qr kəsmik, 50 qr süd, ¼ süd, 5 qr kərə yağı.
Üyüdülmüş qarabaşaqdan sıyıq hazırlanır və soyudulur. Soyumuş sıyıq kəsmik, yumurta sarısı, və şəkərlə birlikdə çalınmış yumurta ağı ilə qarışdırılıb parda bişirilir. Süfrəyə verilərkən üzərinə yağ əlavə edilir.


Qurudulmuş çörəklə (suxari) qırmızı kələm

300 qr qırmızı kələm, 8 qr suxari, 10 qr kərə yağı.

Yuyulmuş və doğranmış kələm duzlu suda pörtlədilir, süfrəyə verilərkən üzərinə kərə yağı və suxari əlavə edilir.

Çiyələkli pudinq

125 ml süd, 10 qr vanelin ½ st şəkər, 10 qr qarğıdalı nişastası, 250 qr çiyələk, 1 ədəd yumurta ağı.

Süd şəkər və vanil ilə birlikdə qaynadılır. Üzərinə soyuq süddə həll edilmiş qarğıdalı nişastası əlavə edilib qatılaşana qədər bişirilir. Kütlə soyuduqdan sonra üzərinə süzdəcdən keçirilmiş çiyələk püresi, azacıq şəkər və ağarana qədər çalınmış yumurta ağı əlavə edilir, şüşə qabda üzəri giləmeyvə ilə bəzənərək süfrəyə verilir.

Kəsmikli süfle

100 qr kəsmik, 10 qr şəkər, 2qr mannı yarması, 50 qr süd, ¼ yumurta, 5 qr kərə yağı.
Mannı yarması 1:3 nisbətində süddə bişirilir. Kəsmik soyudulmuş mannı sıyığı, şəkər, yumurta sarısı ilə birlikdə qarışdırılır və üzərinə ağarana qədər çalınmış yumurta ağı əlavə edilib parda bişir.

Alma və itburnudan şorba

400 ml su, 25 qr qurudulmuş itburnu, 70 qr alma, 30qr şəkər, 5 qr kartof nişastası, 20 qr qaymaq.
Üyüdülmüş itburnular 5–7 dəqiqə qaynadılır və 3-4 saat soyudulur. Almaların qabıqları soyulur və sürtkəcin iri gözündən keçirilib, üzərinə şəkər əlavə edilir və soyuducuya qoyulur.
Soyulmuş alma qabıqları isə 10 dəq ərzində qaynadılır. İtburnu soyuduqdan sonra süzülür, üzərinə sürtgəcdən keçirilmiş alma, alma qabıqlarının şirəsi və nişasta əlavə edilir, yenidən hazır olana qədər bişirilir. Süfrəyə qaymaq və qurudulmuş ağ çörəklə verilir.

Ətli qabak dolması

300 qr kabab, 15 qr düyü, 80 qr ət, 0,5 l süd, 5 qr buğda unu, 5 qr kərə yağı, 10 qr xama, kök cəfəri və ya kərəviz.
Qabakların qabığı soyulur, içərisi ovulur və duzlu suda azacıq pörtlədilir. Kök və göyərti xırda doğranaraq, yağda azacıq qovrulduqdan sonra üzərinə düyü, çəkilmiş ət əlavə edilərək qarışdırılır və qabakların içinə doldurulur. Dolmaların üzərinə xama, süd və qovrulmuş undan hazırlanan sous əlavə edilib sobada bişirilir.

Soyutma ətdən hazırlanmış bevstroqan

115 qr ət, 50 qr süd, 5 qr kərə yağı, 5 qr xama, 5 qr buğda unu.

Soyutma ət uzunsov şəkildə doğranılır. Su əlavə edilib yenidən bişirilir. Hazır olduqdan sonra üzərinə sürtgəcdən keçirilmiş bişmiş kök, süd və undan hazırlanmış sous, xama və kərə yağı əlavə edib süfrəyə verilir.







30 İyul, 2011  16:08 Baxılıb: 2262 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner