Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

"Qarabağ" uduzdu

"Brügge" 4 top vurdu, birini buraxdı 

Simsar.az-ın məlumatına görə, Azərbaycanın qitəmiqyaslı turnirlərdə son təmsilçisi “Qarabağ” Belçikada “Brügge”nin qonağı olub. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə nəticələnib – 4:1. İlk yarıda cəmi 1 qol vurulub. 9-cu dəqiqədə belçikalı oyunçu Byörn Vleminks hesabı açıb. Səfərə kapitan Rəşad Sadiqovsuz yollanan “Qarabağ” isə 13-cü dəqiqədə daha bir aparıcı futbolçusunu itirib. Hücumçu Vüqar Nadirov zədələnərək yerini İlqar Qurbanova verib. Fasilədən sonra “Brügge” fəallığını daha da artırıb. 55-ci dəqiqədə Viktor Vaskes ikinci qolu vurub. 62-ci dəqiqədə Rauf Əliyev fərqi azaltsa da, “Qarabağ”ın sevinci uzun sürməyib. 71-ci dəqiqədə Rayan Donk “Brügge”nin 3-cü, 83-cü dəqiqədə Nabil Dirar isə 4-cü qolu vurub. 


Görüşdən sonra təşkil olunan mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov belə böyük hesablı məğlubiyyəti gözləmədiklərini bildirib. Lakin Qurbanov futbolçularının oyunundan razı qaldığını söyləyib: “Təəssüf ki, oyun öncəsi müəyyən problemlərlə üzləşdik. Komandanın kapitanı Rəşad Sadiqovun yoxluğu azmış kimi, Vüqar Nadirovu da oyunun əvvəlində dəyişməli oldum. Hesab arasında fərqi azaldıqdan sonra ikinci qol haqda düşünürdük. Lakin alınmadı. Deməzdim ki, komanda yorulmuşdu. Doğrudur, bəzi futbolçular yorulmuşdu, ancaq hamısı yox. Onların hamısı sonadək mübarizə apardı. Böyük hesabla məğlub olmağımıza baxmayaraq, futbolçularımdan razı qaldım. Bakıda daha maraqlı oyunun şahidi olacaqsınız”.


“Brügge”nin baş məşqçisi Adri Koster isə hələ qarşılarındakı vəzifənin yalnız bir hissəsini həll etdiklərini açıqlayıb. Onun fikrincə, komandasını Bakıda çətin oyun gözləyir: “Rəqibin təhlükəli hücumları bunu deməyə əsas verir. Əlbəttə, hesabdan razı qalmaya bilmərəm. Bu hesab bizi tamamilə qane edir. Lakin Bakıda arxayınlaşmaq olmaz. “Qarabağ” gənc komandadır. Komandam isə daha yaxşı oynadı və qələbə qazandı. Oyunçularıma və xüsusilə də azarkeşlərə təşəkkürümü bildirirəm. Yeni mövsüm üçün fantastik bir atmosfer idi”.


Qeyd edək ki, cavab görüşü avqustun 4-də Bakıda olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlanacaq.






29 İyul, 2011  14:40 Baxılıb: 1021 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner