Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Azərbaycanlı bokusçuya uduzan erməni qalmaqal yaratdı

Qazaxıstandakı olay müdaxilədən sonra yatırdılıb

Qazaxıstanın paytaxtı Astanada boks üzrə yeniyetmələr arasında dünya birinciliyində yarımfinalçılar bəlli olub.

Apasport.az saytının xəbərinə görə, 1/4 final mərhələsində mübarizə aparmış 6 boksçumuzdan yalnız biri görüşünü qələbə ilə başa vurub.

70 kq çəki dərəcəsində mübarizə aparan Orxan Mayıllı Türkiyə idmançısı Ceyhan Barışı 11:4 hesabı ilə məğlub edərək, ən azı bürünc medalı özünə təmin edib. Həmyerlimiz yarımfinalda italiyalı Salvatore Kavallaroyla üz-üzə gələcək.

Nəsrəddin Məmmədovun (52 kq) medala gedən yolunu Filippin boksçusu Feliks Eumir Marcial kəsib. Yığmamızın üzvü rəqibinə 9:14 hesabı ilə uduzub. Nəbi Bağırov (75 kq) 1/4 finalda ukraynalı Vladislav Mixaylova 8:12 hesabı ilə məğlub olub. Elnur Şəfizadə də (46 kq) dünya birinciliyi ilə 1/4 finalda vidalaşıb. Boksçumuzun İraq təmsilçisi Səhm Əl-Əzirəjə məğlubiyyəti (9:13) çoxları üçün gözlənilməz olub.

50 kq çəki dərəcəsindəki təmsilçimiz Malik Muradov isə hindistanlı Kumar Naavenə ciddi müqavimət göstərə bilməyib – 9:18. Superağır çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli Tahirovun Ermənistan boksçusu Seryoja Hakopyanla döyüşündə ciddi narazılıq yaranıb. Qazaxıstanın sports.kz saytının verdiyi məlumata görə, hər iki idmançını çoxlu sayda azarkeş dəstəkləyib. Bərabər mübarizə şəraitində keçən döyüşdə həmyerlimiz rəqibini bir dəfə nokdauna salıb.

Görüş başa çatanda hər kəs Tahirovun qələbəsinə əmin olduğundan qalibiyyəti qeyd edib. Ancaq hakimlər Hakopyanın 10:8 hesablı qələbəsini elan ediblər. Bu "Qazaxıstan" İdman Kompleksinə toplaşmış azərbaycanlı azarkeşlərin etirazına səbəb olub. Yalnız mühafizə xidmətinin əməkdaşlarının müdaxiləsindən sonra yarış davam etdirilib.

Bu gün turnirdə istirahət günüdür. İyulun 29-da yarımfinal, bir gün sonra isə final qarşılaşmaları olacaq.






28 İyul, 2011  19:35 Baxılıb: 1115 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner