Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“NEFTÇİ”-NİN FANATLARI VİTSE-PREZİDENTƏ “İSTEFA” DEDİLƏR

“Tahir! Mərhələni keçmədin, transfer də etmədin, indi dur get burdan!”

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində dünən Tofiq Bəhramov adına Respublika stadionunda Bakının "Neftçi" komandası Zaqrebin "Dinamo" klubu ilə qarşılaşdı.

Oyunda qapılara qol vurulmadı.

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş ilk oyunda meydan sahibləri 3-0 hesabı ilə qələbə qazanmışdılar. "Neftçi"nin növbəti mərhələyə keçməsi üçün rəqibin qapısından ən azı 3 qol keçirməsi vacib idi. Doğma meydançada oyun rəqib komandanın üstünlüyü ilə keçdi.

Simsar.az-ın məlumatlarına görə oyunda fanatlar “İstefa” şüarları səsləndiriblər. “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanova yönələn bu şüarlar təxminən belə olub. “Tahir! Mərhələni keçmədin, transfer də etmədin, indi dur get burdan!”.

Fanatların “İstefa” şüarları vitse-prezidentə ünvanlansa da, cavab baş məşqçi Arif Əsədovdan gəlib.
“Neftçi”nin baş məşqçisi oyundan sonra təşkil olunan mətbuat konfransında istefanı zəiflik əlaməti olduğunu deyib: “6 illik fasilədən sonra çempion olduq. Komandanı bundan da böyük uğura daşıyan varsa, yerimi ona verməyə hazıram. “Neftçi”də pula görə yox, ada görə çalışıram. Hans-Yurgen Gede kimilərin komandanı nə vəziyyətə gətirdiyini görmüşdünüz. Deyərdim ki, Çempionlar Liqasında zəif rəqibə uduzmamışıq. “Dinamo” çox səviyyəli komandadır. Rəqib bizdən üstün oyun nümayiş etdirdi. Reallıqla barışmaq lazımdır. Onlar bizə hücum qurmağa imkan vermədilər. İndiki vəziyyətdə istefa verməyi zəiflik sayıram. Bundan sonra yalnız irəli baxacağıq”.




RAMİL






20 İyul, 2011  14:54 Baxılıb: 1438 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner