"Timişoara"la qarşılaşmada yeganə qolu Mpenza vurdu
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Zaqreb "Dinamo"su ilə oyunlara hazırlaşan "Neftçi" Avstriyadakı təlim-məşq toplanışında ikinci yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Rumıniya vitse-çempionu "Timişoara" klubu ilə görüş 1:0 hesabı ilə Flaqmanın xeyrinə başa çatıb - 1:0. Matçda yeganə qolu 66-cı dəqiqədə Mpenza vurub.