Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

KAFE VƏ RESTORANLARDA YOXLAMALAR

Ölkənin müxtəlif iaşə obyektlərində 510 kq saxta ərzaq götürülərək məhv edilib

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak bazarındakı monitorinqlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakının Suraxanı rayonunda Hövsan qəsəbəsi, Yeni Hövsan, ev 31, mənzil 32 ünvanında yerləşən "Tropikanka" kafesində, Hövsan qəsəbəsi, Hövsan çimərliyi ərazisindəki "Günəşli Sahil" kafesində, Hövsan qəsəbəsi, 106-108 saylı bağ sahəsi ünvanında yerləşən "Elnur" kafesində, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 15 ünvanındakı "Ballı" marketdə,Sabunçu rayonunda Sabunçu qəsəbəsi, Sabunçu stansiyası ərazisində Tarix Rəcəbova məxsus mağazada, Səbail rayonunda Salyan şosesində Məmməd Əliyevə məxsus mağazada, Salyan şosesi, Şahinbağ yaşayış sahəsində yerləşən "Panorama Lyuks" istirahət mərkəzində, Salyan şosesi, ev 32 ünvanında "İlkin" mağazasında, "Eldarado" restoranında, Şaiq Həmidova və Çingiz İbadova məxsus mağazalarda, Salyan şosesi, Şıx çimərliyi ərazisində yerləşən "Aysberq" istirahət mərkəzində və "Bayıl" MMC-yə məxsus restoranda, Sumqayıt şəhərində Corat qəsəbəsi, Sarı Qaya ərazisində yerləşən "Sahil" kafesində və "Dostluq" yeməkxanasında, Corat qəsbəsində yerləşən "Okean" mağazasında, Sarı Qaya ərazisi, 970 A saylı bağ ünvanında yerləşən "Ulduz market"də, Ağcabədi rayonunda Hindarx kəndində Firdovsi Kərimova və Cahandar İsmayılova məxsus mağazalarda, Biləsuvar rayonunda Nizami küçəsində Əli Əliyevə və Elşən Nəcəfova məxsus mağazalarda, Qax şəhərində V.Eyvazov küçəsində yerləşən "Ayşən" mağazasında,Füzuli rayonunda Qayıdış qəsəbəsi, 5 ünvanında Qoşun Əsədova məxsus mağazada ümumi çəkisi 510 kq-dan çox saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.






1 İyul, 2011  03:41 Baxılıb: 1615 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner