Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bizə nifrət yaraşır, sevgi yox

Axı biz torpağını itirmiş azərbaycanlıyıq

Belə deyirlər ki, Qarabağ söhbəti qurtardı. Üçbaşlı əjdahanın kəsilən 
başlarından birinin yerinə pərçimlənən yeni baş daha Qarabağ barəsində danışmağa söz, oxumağa mahnı, oynamağa rəqs qalmadığını bəyan edib. İndi biz azərbaycanlılar neyləyək? Başımızı nəylə qataq? Yox, nə olur-olsun Qarabağ söhbətini qurtarmaq lazım deyil. Bu söhbət uzandıqca bizim də ömrümüz uzanır, günümüz maraqlı keçir. Qəzetlərimiz yazmağa mövzu, məmurlarımız blef eləməyə variant, camaatımız da yaşamağa stimul tapır. Qarabağ danışıqlarını bitirmək Qarabağı verməkdən qat-qat dəhşətlidir. Prezidentlərin bir daha görüşməyəcəyini düşünmək, Xocalıda körpənin anasının kəsilən başıyla oynamasının şahidi olmaqdan qat-qat ağırdı.
Biz azərbaycanlıların sevgililər günüdür. Ən azı üç gün, üç gecə sevgililər günü davam edəcək. El bayram əhval-ruhiyyəsindədir. Ay vəfasız üç başlı əjdaha, niyə ümidlərimizi heçə endirirsən, niyə bayram sevincimizə kədər qatırsan? Niyə bizdə özünə qarşı nifrət oyadırsan? Axı biz sevməklə, sevilməklə məşğul olmaq istəyirik. Sevgimizi sənə həmişə də sübut etmişik. On ildi azərbaycanlıları harana gəldi dolayırsan, düzdümü? Amma azərbaycanlılar yenə hər il səni gözləyir, səni səsləyir, səni eşidir. Öl deyirsən ölürük, qal deyirsən qalırıq. Bundan böyük sevgi olar?
Bütün beynəlxalq təşkilatlar bizim sevgilimizdir. Avropa Şurasına qurban olaq, BMT-nin ayağının altında ölək, ATƏT-in balalarının başına dolanaq. Sonra nə deyirsiz? Qarabağda referendum keçirilsin? Keçirilsin. Kəlbəcərlə, Laçını qaytarmırsız? Əcəb eləyirsiz. Sərhədlərdə qoşunlar yerləşdirirsiz? Çox gözəl. Hamısıyla razıyıq. Çalışın, danışıqları dayandırmayın. Uzadın, uzadın, 2008-i də yola verin, 2013-ü də.Orda ermənilərin başını qatın, burda azərbaycanlılarin. Biz müharibə istəmirik. Biz sülh xalqıyıq, danışıqlar millətiyik. Nifrət etməyə nifrət edirik. Bizimki sevməkdi. İyunun 30-nu tapmaqdan ötrü o qədər əziyyət çəkmişik ki. Hər günü bir-bir ələkdən keçirmişik, boş gün tapmamışıq. Günlərin yarısını yaslar, yarısını bayramlar işğal edib. Yaxşı ki, Əvəz Zeynallı iyunun 30-dan yapışıb onu saxlaya bildi. Yaxşı ki, 20 yanvar olub. Yaxşı ki, İlham kişi kimi tankın qabağına çıxıb. Yaxşı ki, Fərizə sevgilisiz gün yaşamağa kişi kimi həyatı bahasına yox deyib. Yaxşı ki, Qarabağsız Azərbaycan xalqı var. Yaşamağa dəyər. Qoy həmişə səma olsun, qoy həmişə günəş olsun, qoy həmişə anam olsun, mən də olum həmişə.
Qaldı, rəngbərəng adamların bir-birinin əlindən tutmağı. Mən Kofi Annanın əlindən tuturam, Kofi Annan Yuri Merzlyakovun əlindən tutsun, Yuri Merzlyakov Cenifer Lopesin. Xor oxuyaq: “Canım, gözüm Qarabağ. Şirin sözüm Qarabağ”.
Kişi Qarabağı unutsa, oğlan qız Qarabağı unutsa arvaddı. Ehtiyyatlı olun azərbaycanlılar. Üçbaşlı əjdaha bizə Qarabağı unutdurmaq istəyir. Gəlin birləşək iş görək. Salfetlərdə, tualet kağızlarında, ağac qabıqlarında “Qarabağ” yazaq ki, gələcək nəsillər bu torpağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğuna inansınlar. Ona görə salfetlərdə ki, biz ən çox yeməklə məşğuluq. Ona görə tualet kağızlarında ki, biz ən çox yeməklə məşğul olduğumuz üçün ən çox da tualetə getməklə məşğuluq. Ona görə ağac qabıqlarında ki, bizim söykəndiyimiz, gizləndiyimiz, yatdığımız, sevişdiyimiz yeganə etibarlı yer ağac altıdır. Hərəkətlərimizdən səmərəli istifadə edək.
Tez-tez təkrar elədiyimiz ən böyük hərəkət sevməkdir. Azərbaycanlılar bəlkə də yeganə millətdir ki, onlar da sevmək hiss deyil, hərəkətdir. Bəli, azərbaycanlılar bəlkə də yeganə millətdir ki, onlarda nifrət hərəkət deyil, hissdir. Hərəkət görünəndi, hiss duyulan. Azərbaycanda nifrət gününün yoxa çıxıb, yerində sevgi gününün bitməsi birincinin hiss olaraq yalnız duyulması, ikincinin hərəkət olaraq gözlə görülməsi ilə əlaqədardır. AZƏRBAYCANDA GÖRÜNƏN SEVGİDİR, GÖRÜNMƏYƏN NİFRƏT. Əslində sevgi də, nifrət də hissdir. Ziddiyyətə bax ki, sevgi hissdən hərəkətə keçməli olmadığı halda keçir, nifrət hissdən hərəkətə keçməli olduğu halda keçmir. Axı biz torpağını itirmiş azərbaycanlıyıq. Axı bizdə tərsinə olmalıydı. Olmalıydı, olmadı.
Yaşasın ATƏT-ə olan sevgi. Yaşasın Avropa Şurasına olan sevgi. Yaşasın MDB-yə olan sevgi. Yaşasın sevgi. Rədd olsun ATƏT-ə olan nifrət. Rədd olsun Avropa Şurasına olan nifrət. Rədd olsun MDB-yə olan nifrət. Rədd olsun nifrət.
Bizə İslam öyrədib, bizə Quran təlqin edib, bizə babalarımız təbliğat aparıb ki, həmişə belə deyək: “Yenə də Allaha şükür”. Ramiz Rövşənsə belə yazdı: “Yenə də şeytana lənət, yenə də Allaha şükür”. Ya səhv yazdı, ya da Ramiz Rövşən bizdən deyil. Bizdən olanlar sevməlidi, sevilməlidi. Yaşasın 30 iyun sevgililər günü... Ətağa cəddi, Quran haqqı, sevin də, alə, nolar, alə?!.






30 İyun, 2011  17:47 Baxılıb: 2559 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner