Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Yerlimiz erməni boksçuya qalib gəldi

9 boksçumuz ¼ finala vəsiqə qazandı

Simsar.az-ın məlumatına görə, 50 kq çəki dərəcəsində mübarizə aparan Orxan Əliyev 1/8 finalda Belarus nümayəndəsi Anton Balı 13:11 hesabı ilə məğlub edib. Həmyerlimizin növbəti rəqibi ukraynalı Vladislav Kutepov olacaq. 


60 kq çəki dərəcəsində mübarizə aparan Telman Qafarlı qitə birinciliyində ikinci döyüşünü də qələbə ilə başa vurub. Həmyerlimizin ikinci qələbəsi daha parlaq və yaddaqalan olub. Çünki Qafarlı bu dəfə Ermənistan boksçusu Rafael Barseqyanı rinqə çıxmağa peşman edib – 9:5. Boksçumuz yarımfinala gedən yolda rusiyalı Tamerlan Batdiyevlə döyüşəcək.


¼ finala vəsiqə qazananlar arasında Əli Həsənov da (63 kq) var. O, çexiyalı Yozef Laniki 3-cü raundda nokauta salıb. Onun növbəti rəqibi Gürcüstan idmançısı George Sarkisovi olacaq.


Nəbi Bağırov (66 kq) ilk döyüşdə bolqarıstanlı Aleksandr Kostovu 15:7 hesabı ilə üstələyib.


Qeyd edək ki, buna qədər Araz Gülməmmədov (48 kq), Nəsrəddin Məmmədov (52 kq), Nurlan Nağıyev (57 kq), Rahil Məmmədli (80 kq) və Məhəmmədəli Tahirov (80+kq) ¼ finala yüksəliblər. Orxan Mayılı (70 kq) ikinci görüşdə rusiyalı Maqomed Maqomedova 7:11 hesabı ilə uduzaraq, turnirlə vidalaşıb. İman Əhmədli (54 kq) isə rumıniyalı Arsen Mustafaya 7:11 hesabı ilə yenilərək, mübarizədən kənarda qalıb.






29 İyun, 2011  21:22 Baxılıb: 1111 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner