Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Azərbaycanın futbol millisi 4 pillə gerilədi

Futbolumuz 112-ci yerdədir

Simsar.az-ın məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 4 pillə geriləyib. 

Hazırda 282 xala malik millimiz 112-ci pillədə qərarlaşıb. Yığmamızın geriləməsində 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində iyunun 3-də səfərdə Qazaxıstana 1:2, evdə isə Almaniyaya 1:3 hesablı məğlubiyyətləri mühüm rol oynayıb. Əvəzində Almaniya 1 pillə irəliləyərək, 1417 xalla 3-cü, Qazaxıstan isə 13 pillə irəliləyərək 231 xalla 126-cı yeri ələ keçirib. Türkiyə 7 pillə irəliləyib və 820 xalla 23-cü mövqedə qərarlaşıb. 2 pillə irəliləyən Belçika 691 xalla 35-ci, 9 pillə irəliləyən Avstriya 479 xalla 65-ci yerə yiyələnib.

Siyahıya yenə İspaniya başçılıq edir. Avropa və dünya çempionlarının 1871 xalı var. 1661 xala malik Hollandiya 2-ci pillədə qalıb. 1146 xala malik İngiltərə 2 pillə irəliləyib və 4-cü pillədə yer alıb. Əvəzində 1130 xala malik Braziliya 2 pillə geriləyərək, 5-ci olub. 3 pillə irəliləyən İtaliya 1059 xalla 6-cı, 1 pillə irəliləyən Portuqaliya 1046 xalla 7-ci, 2 pillə irəliləyən Xorvatiya 1033 xalla 8-ci, 19 pillə irəliləyən Meksika 1007 xalla 9-cu, 5 pillə geriləyən Argentina isə 979 xalla 10-cudur.

Millimizin avqustun 10-da yoldaşlıq görüşündə üz-üzə gələcəyi Makedoniya yığması 13 pillə geriləyib. Hazırda bu komanda 338 xalla 98-ci pillədə yer alır.






29 İyun, 2011  17:50 Baxılıb: 1386 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner