Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Osteoxondroza necə tutulmamaq və bu bəladan necə qurtarmaq...

Ürək, mədə və baş ağrıları osteoxondrozun göstəricisi ola bilər 

Osteoxondrozu çox vaxt başqa xəstəliklərlə səhv salırlar. Həkimə ürək, mədə və ya baş ağrısından əziyyət çəkdiklərini deyərək müraciət edirlər. Xəstəliyin xarakterik xüsusiyyətisə fəqərəarası sinir sıxılması nəticəsində müxtəlif orqanlarda ağrılar yaratmasıdır. Osteoxondrozun gənclər arasında da artdığını bildirən fizioterapevt Xatirə Heybətovanın Simsar.az saytına müsahibəsini təqdim edirik.

- Osteoxondrozun yaranma səbəbi nədir?

- Xəstəlik maddələr mübadiləsinin pozulması və qığırdaq toxumalarının yeyilməsi nəticəsində yaranır. Hava şəraiti, qida, su bu xəstəliyi əmələ gətirən ilkin səbələrdəndir. Osteoxondrozun əmələ gəlməsinə müxtəlif xəstəliklər də səbəb ola bilər. Qrip, mədəaltı vəz və ya qaraciyər xəstəlkləri zamanı sümükdə mineralların nisbəti pozur və qığırdaqda yeyilmə başlayır. Yüngül, orta və ağır formaları var.Daha çox döş, boyun və bel fəqərələrində rast gəlinir. Bütövlükdə boyun və bel fəqərələrinədəki sahəni əhatə edir. Bu sonradan oynaqlara da keçə bilir. Xəstə gec müraciət etdikdə ağır formaya keçir, yırtıqlar və qrıjalar əmələ gəlir. Xəstələr ağrılar başladığı dönəmdə gəlməlidirlər. Bir müddət ağrıkəsicidən istifadə edirlər. Ağrıkəsici isə müalicə deyil, ağrıları azaltsa da proses içəridə gedir. Sonra dərmanlar da təsir etmir, müalicəsi çətin olur. Xroniki, yəni illərlə yığılan xəstəlik halı alanda mütləq beş, altı və ya on il müddətində ildə iki dəfə müalicə olunmalıdır.

- Çox vaxt bunu başqa xəstəliklərlə səhv salırlar.


- Qığırdaq toxuması yeyildikcə fəqərələr bir-birinə yaxınlaşır və iki fəqərə arasında olan sinir sıxılır. Ağrılar sinirin sıxılması nəticəsində yaranır və xeyli sahəni əhatə edir. Bu, prosesin hansı fəqərədə getməsindən asılıdır. Döş fəqərələrinin osteoxondrozu ürəkdə; boyununku başda, çiyinlərdə; belinki isə daban və baldırda ağrılar yaradır. Mədə, qol ağrıları və barmaqların keyləşməsi ilə də müşahidə olunur.

- Deyilənə görə, xəstəliyin tam müalicəsi yoxdur?


- Orqanizmdə ən çətin bərpa olunan toxuma büllur və qığırdaq toxumasıdır. Xəstədə renisiya, yəni yüngülləşmə dövrü yaratmaq və xəstəliyin inkişafının qarşısını almaq mümkündür. Toxumanı bərpa etməkdən ötürü həmin nahiyyədə qan dövranı yaxşılaşdırılmalıdır. Bunun üçün müalicə zamanı klassik üsulla yanaşı təbii bitkilərdən, heyvan orqanizmindən alınan məhsullardan, eyni zamanda fizioterapeyadan, masaj və vakum aparatlarından istifadə olunur.


Zəli ilə müalicənin də faydası var


- Müalicə zamanı türkəçarədən istifadə etmək xəstəliyin qarşısının alınmasına kömək edirmi?


- O qədər də yox. Təkcə zəli ilə müalicə faydalı olur. Son illər yayılan ozonoterapeya qanda həm laxtalanmanı, həm də təzyiqi normallaşdırır, bütün toxumaların qanla təminatını yaxşılaşdırır.

- Daha çox hansı yaşlarda təsadüf olunur?


- 10 il əvvəl yalnız yaşlılarda müşahidə olunurdusa, indi 19-25 yaşlarındakı gənclər də müraciət edirlər. Daha çox isə 40-60 yaşlarında adamlar müalicəyə gəlirlər. Qadınlar isə çoxluq təşkil edir, bu da hormonal pozğunluq və ya klimaks dövrü ilə əlaqəlidir. Müəyyən peşəylə əlaqədar onurğanın, başın duruşu da osteoxandrozun yaranmasına səbəb olur.

- Bunun qarşısını almaq üçün nə məsləhət görərdiniz?


- Səhərlər qaçmaq, idmanla məşğul olmaq lazımdır. Bütün günü qapalı sahədə işləmək ziyandır. İşdən sonra təmiz havada olmaq, şəhərin tüstüsündən uzaqlaşmaq gərəkdir. Bundan əlavə, ayaqüstü, yarımfabrikat yeməklərdə, xaricdən gətirilən məhsullarda toksinin miqdarı çoxdur. Səbəblərdən biri də budur.


Arifə Mikayılova








22 İyun, 2011  16:37 Baxılıb: 41424 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner