Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Elnur Məmmədli uduzdu

Olimpia çempionu üçüncü yerlə kifayətlənib

Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunan “Böyük dəbilqə” turnirinə yekun vurulub.

Simsar.az “JudoOnline.info” saytına istinadən xəbər verir ki, Olimpia çempionu Elnur Məmmədli (81 kq) finala çıxa bilsə də, yerli publikanın sevimlisi olan Leandro Qulxeyroya məğlub olub.
Braziliyalı cüdoçu Olimpiya çempionunu görüşün ilk dəqiqələrində, asanlıqla məğlub edib.
Eyni çəki dərəcəsindəki digər təmsilçimiz – Elxan Rəcəbli isə startda italiyalı Françesko Bryuyera ilə münasibətlərinə aydınlıq gətirib. Təmsilçimiz ipponla uduzaraq, mükafatsız qalıb.
90 kq-da mübarizə aparan Elxan Məmmədov ilk olaraq Venesuela idmançısı Xose Kamaçonu tatamidən məğlub yola salmağı bacarıb. Növbəti rəqib polşalı Robert Kravçik idi. Məmmədov bu rəqibini də çətinlik çəkmədən keçib. 1/4 finaldakı rəqib isə kubalı Asleya Qonsales Monteyro olub ki, təmsilçimiz məhz ona məğlub olaraq, yarışı beşinci pillədə başa vurub və olimpiya oyunlarına 60 lisenziya xalı yazdırıb.

100 kq-da isə Elmar Qasımov ölkəmizi layiqincə təmsil etməyə çalışıb. O, mübarizəyə ikinci mərhələdən başlayıb. Qasımovun rəqibi isə Tyerri Fabre (Fransa) olub. Amma cüdoçumuz fransalı qarşısında ipponla uduzaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, “Böyük dəbilqə” turniri nokaut sistemi üzrə keçirilirdi. Yarımfinalda məğlub olan idmançılar avtomatik olaraq bürünc mükafatçı olurdular. Yarışın mükafat fondu isə 150 min dollar idi.

RAMİL






20 İyun, 2011  16:30 Baxılıb: 1327 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner