Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Millimiz Avropa çempionu oldu

Ölkəyə xeyli sayda medallar gəlir

Azərbaycanın kanoe üzrə milli komandası Serbiyanın paytaxtı Belqradda başa çatan Avropa çempionatında ümumi hesabda medal əyarında birinci yeri tutub. Simsar.az-ın məlumatına görə, yığmamız bu uğura Valentin Demyanenkonun 1 nəfərlik qayıqla 200 metr və 500 metr məsafələrə yürüşdə 2 qızıl, Sergey Bezuqlıy – Maksim Prokopenko duetinin isə 2 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə gümüş medal qazanmaları sayəsində nail olub. 

Ölkəmiz əldə etdiyi 2 qızıl, 1 gümüş medalla Almaniya (2 qızıl), Rumıniya (1 qızıl, 1 gümüş, 1 bürünc), Macarıstan, Rusiya (hər ikisi 1 qızıl, 1 bürünc), Litva (1 qızıl), Belarus (3 gümüş, 1 bürünc), İspaniya (2 gümüş, 1 bürünc), Polşa (1 gümüş, 1 bürünc), Çexiya, Ukrayna (hər ikisi 1 bürünc) kimi ölkələri geridə qoyub.

Avropa çempionatında kayak və kanoe yarışlarına qatılan 39 ölkədən isə cəmi 18-i medal qazanmağı bacarıb. Onların arasında ölkəmiz medal əyarında 5-ci yeri tutub, medal sayında isə 9 – 11-ci yerləri bölüşdürüb. Medal əyarında millimiz Macarıstan (6 qızıl, 3 gümüş, 2 bürünc), Belarus (5 qızıl, 5 gümüş, 3 bürünc), Almaniya (4 qızıl, 4 gümüş, 1 bürünc) və Rusiyadan (4 qızıl, 1 gümüş, 4 bürünc) geri qalıb. Əvəzində yığmamız Polşa (1 qızıl, 2 gümüş, 3 bürünc), Rumıniya (1 qızıl, 1 gümüş, 2 bürünc), Böyük Britaniya (1 qızıl, 1 gümüş, 1 bürünc), Portuqaliya (1 qızıl, 3 bürünc), Litva (1 qızıl), İspaniya (3 gümüş, 1 bürünc), Ukrayna (1 gümüş, 2 bürünc), İsveç (1 gümüş, 1 bürünc), Norveç, Serbiya, Slovakiya (hamısı 1 gümüş), Danimarka (2 bürünc) və Çexiyanı (1 bürünc) geridə qoyub. Medal sayında komandamız Belarus (13), Macarıstan (11), Almaniya, Rusiya (hər ikisi 9), Polşa (6), Rumıniya, Portuqaliya və İspaniyadan (hamısı 4) geri qaldığı halda, Böyük Britaniya və Ukrayna (hamısı 3) ilə bərabər, İsveç, Danimarka (hər ikisi 2), Litva, Norveç, Serbiya, Slovakiya və Çexiyadan (hamısı 1) üstün olub.

Bundan başqa, 39 ölkə idmançılarının göstərdikləri nəticələrə əsasən, xallar da hesablanıb. Yarışda 4 kanoeçi, 1 kayakçı ilə təmsil olunan Azərbaycan üst-üstə 91 xal yığıb. Bütün təmsilçilərimiz ölkəmizin hesabına xal yazdırmağı bacarıblar. Xallardan 49-unu Sergey Bezuqlıy – Maksim Prokopenko dueti toplayıb. Onlar 500 metr məsafəyə yürüşdə 2-ci yeri tutduqları üçün 18 xal, 1000 metr məsafədə 4-cü olmaları səbəbindən 16 xal, 200 metr məsafədə 5-ci yerlə kifayətləndiklərindən, 15 xal yığıblar. Həm 500 metr, həm də 200 metr məsafədə 1-ci yeri tutan Valentin Demyanenko üst-üstə 40 xal (20 xal + 20 xal) toplayıb. 1 nəfərlik kanoe qayığı ilə 1000 metr və 1 nəfərlik kayak qayığı ilə 500 metr məsafələrə yürüşlərdə yarımfinaladək irəliləməyi bacaran Boqdan Kurudz və Nataliya Fiklisova isə hərəyə 1 xal alıblar. Beləliklə, ölkəmiz kişi kanoeçilərin yarışında 90 xalla 5-ci yeri tutub. İlk 4 pillədə Rusiya (112 xal), Belarus (107 xal), Rumıniya (101 xal) və Macarıstan (98 xal) qərarlaşıb. Qadın kayakçıların mübarizəsində ölkəmiz 1 xalla 25-ci olub. Hər iki növün cəmində isə Azərbaycan 91 xal toplayaraq 18-ci yerlə kifayətlənib.






20 İyun, 2011  15:43 Baxılıb: 1243 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner