Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İslam aləminin ziyalı qadınları

Onların sayı çoxdur

İslamda qadınların rolundan danışarkən ilk növbədə qadın alimlər yada düşür. Bəlkə bir çoxumuz bilmirik ki, klassik İslam mədəniyyəti sahəsində inkişaf etmiş bir sıra müasir elmlər orta əsr müsəlman xanımlarına borcludur. Əfsuslar olsun ki, monqolların işğalı ilə sona çatan İslam intibahı özü ilə birlikdə müsəlman qadınlarının nailiyyətlərini tarixin qaranlıqlarına gömüb. Müasir müsəlman qadınları ilə onların əcdadları arasındakı fərq istənilən araşdırıcını heyrətə gətirər. 

Müsəlman qadınları, Quran, hədis, fiqh (islam hüququ) sahəsində elə Peyğəmbərin (s) zühurunun ilk illərindən məşhurlaşıblar. İlk tibb bacıları, ilk müəllimələr, ilk xeyriyyəçi qadınlar məhz əziz Peyğəmbərimizin (s) səhabaləri arasından çıxıb. İndiki dövrdən fərqli olaraq, o zaman müsəlmanlar cinsindən asılı olmayaraq öyrənməyi, mənəvi və elmi tərəqqini özünə borc bilir, bu işdə bir – birlərini ötməyə çalışırdılar.
Müsəlman Şərqində qadının özünəməxsus yeri olub. Məşhur qadın barədə danışarkən tarixçilər onun elmi, müdrikliyi, mənəvi xüsusiyyətlərini ön plana çəkirdilər. Avropada isə bunun tam əksi olub. Hansısa məşhur qadın barədə danışarkən onun istedadından daha çox şəxsi həyatına önəm verilib. Məsələn, müsəlman mənbələri, qədim Misir çariçası Kleopatra dövlət idarəçiliyindəki istedadı ilə tanıtdırır. Avropa mənbələrində isə Kleopatra şəhvətpərəst və əxlaqsız qadın kimi təqdim olunur. Bu kiçik bir misal Şərqdə və Qərbdə qadına yanaşmanın ən bariz nümunəsidir.
Qadınların İslamda rolu son tarixi araşdırmalar zamanı üzə çıxıb. Nüfuzlu qadınlar sırasında yalnız hakim sülalənin üzvləri yox, sadə ailələrdən çıxan qadınlar da olub. “İslam: Qadınların qüdrətlənməsi” adlı kitabın müəllifi Ayişə Əbdürrəhman Byuli təhqiqatlar zamanı orta əsr müsəlman qadınlarının ictimai mövqeyindən təəccübləndiyini etiraf edir: “Elə bir sahə yoxdur ki, müsəlman qadınları orada təmsil olunmasın... Qadınlar ev, karyera seçimi qarşısında durmurdu. Onlar ev işləri ilə ictimai fəaliyyətlərini məharətlə uzlaşdırmağı bacarırdılar”.
Yəqin, az adam bilir ki, İbn Ərəbi kimi dahi müsəlman filosofunun ustadı Fatimə adlı bir seyyidə olub. İbn Ərəbi 20 yaşına qədər elə bir elmə yiyələnib ki, dövrün qocaman filosofu İbn Rüşd onunla elmi bəhs etmək arzusuna düşüb. Həmin gəncin məşhurlaşmasında ustadı Fatimənin böyük rolu olub. Bir gün Fatimə İbn Ərəbidən nə üçün elm öyrəndiyini soruşur. O da: “Həqiqəti tapmaq üçün” – deyə cavab verir. Onda, yaşlı Fatimə deyir: “Mənəviyyatını təmizləməsən, elmin sənə faydası olmayacaq. Həqiqət axtaran şəxs gərək ağlını nəfsin əsarətindən qurtarsın ki, ağıl kamil işləsin və Haqqı tanıya bilsin”. Fatimə ömrünün sonuna qədər sadə yaşayıb, Qordovada (indiki Kordova) dünyasını dəyişib.

Dünyanın ilk və ən qədim universitetini Fəsdə Qeyrəvan mədrəsəsini Fatimə Fihri təsis edib. Tunisdən Fəsə köçən Fihri ailəsi ticarətlə məşğul idi. Ailənin böyük qızı Fatimə mükəmməl təhsil aldıqdan sonra elm ocağı yaratmaq arzusuna düşür. Burada o, Qeyrəvan məhəlləsində eyni adlı məscid və mədrəsə inşa etdirir. Çox keçmir ki, İspaniya və Məğribin tanınmış alimləri bu universitetə üz tuturlar. Burada oğlanlarla yanaşı qızların da ali təhsil almaq hüququ var idi. Universitetdə riyaziyyat, həndəsə, cəbr, fəlsəfə, hüquq, astronomiya, tarix, coğrafiya, fizika və kimya fənnləri tədris olunurdu. Bu elm ocağı ilə sıx əlaqədə olan sosiologiyanın banisi İbn Xəldun yazırdı ki, Fatimənin inşa etdiyi universitet müsəlman elminin Əndəlusa, oradan da Avropaya ötürülməsində müstəsna xidmət göstərib.

Filosoflar

Zübeydə binti Cəfər əl-Mənsur Bağdaddan Məkkəyə aparan yol boyunca su quyuları qazdırıb, karvansaralar tikdirib. Süteytə məşhur riyazıyyatçı olmaqla yanaşı saray müşaviri çalışıb. Zəyfə Xatun, Sittəl-mülk, Şəcərətəd-dürr və s. dövlət idarəçiliyində ad qoymuş, zəmanələrinin aparıcı siyasətçiləri və sərkərdələri olub. Əndəlus şahbanusu Səbihə həyat yoldaşını itirdikdən sonra həddi-buluğa çatmayan oğlunun adından İspaniyanı idarə edib, müsəlman dövlətinin ərazilərini genişləndirib. Nəzm və bəlağətdə bərabəri olmayan Əndəlüs şahbanusu Ayişə Qordovanın qocaman filosofları ilə mübahisə apararaq elmi dairələrdə hörmət qazanıb. Tarixçilərin yazdığına görə, Ayişənin misilsiz kitabxanası var idi. Şimali Afrika və Əndəlüsda uzun illər hökmranlıq edən əl-Müvəhhidin (avropa mənbərələrində - Almohad) xanədanının şahzadəsi Vəlladə (Avropa mənbələrində - Valada) akademik bilikləri ilə nəinki Qordova, bütün Əndəlüs və Avropada məşhur idi. Əndəlusun Seviliya şəhərində yaşayan Ğəsəniyyə ilə Safiyə dövrünün şeir dühası sayılırdılar. Onlar həmçinin xəttatlıq sənətini kamilcəsinə mənimsəyərək bu sahədə ad qazanıblar. Ərvə adlı bir qadın alim isə elmi araşdırmalar məqsədilə bədəvilər arasında yaşayırdı ki, ərəb dilinin incəliklərini öyrənib bu barədə dəyərli filoloji əsər ərsəyə gətirsin. Orta əsr tarixçiləri onu “ədəbiyyata təkan verən alimə” kimi qeyd ediblər. Bağdadda yaşayan Sənəə adlı kəniz isə gözəl xəttatlıq bacarığı ilə tarixə düşüb. Məşhur tarixçi İbn Nədim yazır ki, onun əsərlərinin tarixdə bərabəri olmayıb.

Riyaziyyatçılar

İbn Nədimin adını çəkdiyi başqa bir maraqlı qadın alim isə İcliyyə bint İcli Üstürlabidir. Dövrünün tanınmış astronomlarından dərs alan İcliyə Hələbdə mühəndis və astrolabi ustası kimi çalışıb. Öz bilik və bacarıqları sayəsində o, Suriya əmiri Seyfuddövlətin sarayında işə düzəlib. Müsəlman İspaniyasında yaşayan Ləbbanə Qərdəviyyə isə mürəkkəb həndəsi və cəbri problemlərin həlli ilə tarixə düşən nadir riyaziyyatçı qadınlardandır. Bununla yanaşı o, həm də gözəl ədib və mahir dövlət xadimi idi. Ləbbanə uzun illər Qordova xəlifəsi II Həkəmin katibi işləyib. Müsəlman xanımların ən çox maraq göstərdiyi elm məhz riyaziyyat olub. Ləbbanə ilə həməsr olan bir çox başqa qadın riyaziyyatçılar da yaşayıb. Bağdadda Süteytə Məhəməli kimi aliməni hamı tanıyırdı. İbn əl-Cövzi, İbn Kəsir və İbn Xətib Bağdadi kimi tarixçilər bu xanım barədə yazmağı özlərinə borc biliblər. Deyilənə görə, onun mürəkkəb tənliklər üçün tapdığı həllər sonralar başqa riyaziyyatçıların adına çıxarılıb.
Hindistanda isə Rəsə adlı bir xanım tibb sahəsində yazdığı kitabla məşhurlaşıb. Ümumiyyətlə qadınların tibblə məşğul olması İslamın erkən dövrlərində adi bir hal idi. Hələ əziz Peyğəmbərimizin (s) qadın səhabələri döyüşdə iştirak edən kişiləri döyüş meydanındaca müalicə ediblər. Səhabə Qaibə bint Səd ilk tibb bacısı və yaxud qadın hərbi həkim sayıla bilər. Rufeydə bint Səd, Şifa bint Abdullah, Nüseybə bint Harislə hərbi həkim olublar.
İbn Sədin “Təbəqat” kitabının səkkizinci cildi və Şəxəvinin “Kitabun-Nisa”sı kifayətdir ki, müsəlman qadınlarının ictimai fəaliyyəti barədə təsəvvürlər yaransın. İbn Həcər 53 qadınla birgə dərs oxuduğunu, Şəxəvi 68 qız tələbə yoldaşına icazənamə (elmi dərəcəni təsdiqləyən diplom) verilməsini, Suyuti isə 33 alim qadından dərs aldığını yazır. Yazıda IX-X əsrlərdə yaşayıb yaratmış məşhur qadınlarından bəzilərinin adını çəkməklə kifayətləndik.

Mənəvi Dünya İctimai Birliyi






17 İyun, 2011  19:40 Baxılıb: 3221 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner