Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

«Neftçi» beynəlxalq turnirin qalibi oldu

«Qranit AS» şirkətinin keçirdiyi «Prezident Kuboku» uğrunda futbol üzrə V beynəlxalq turnir yekunlaşdı

15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş “Prezident Kuboku” uğrunda uşaq komandaları arasında (1996 - 1997-ci il təvəllüdlü uşaqlar arasında) futbol üzrə V beynəlxalq turnirin final mərhələsi keçirilib. Fanat.az xəbər verir ki, “Qranit AS” turizm şirkətinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi və AFFA-nın dəstəyi keçirilən yarışın final mərhələsi “Şəfa” stadionunun 2-ci meydançasında təşkil olunub. İlk öncə 3-cü yer uğrunda oyunda “İnter” “Bakı” klubu ilə qarşılaşıb. Matçda 4:2 hesabı ilə “Bakı” komandası qalib gəlib.
Daha sonra isə final matçında “Neftçi” “Vətən”lə qarşılaşıb. Gərgin keçən oyunda “Neftçi” üstün olub-5:4.
Qeyd edək ki, oyunları AFFA-nın hakimləri idarə ediblər. Oyunlardan sonra mükafatlandırma mərasimi keçirilib. Mərasimdə turnirin təşkilatçısı “Qaranit AS” şirkətinin baş direktoru Aftandil Vəliyev, yarışın təşkilat komitəsinin sədri Fəxrəddin Yusubov, veteran futbolçular Nazim Əliyev, Füzuli Nəcəfov, Mahir Süleymanov, əməkdar məşqçilər Şakir Qəribov və Yaşar Vahabzadə iştirak ediblər.
3-cü və 2-ci yerin sahiblərinə medallar təqdim olunduqdan sonra, yarışın ən yaxşıları müakafatlandırılıblar. Yarışın ən yaxşı qapıçısı Fəxrəddin Sadıqov (“İnter”), yarışın ən yaxşı müdafiəçisi Ülvi Əliyev (“Bakı”), yarışın ən yaxşı yarımmüdafiəçisi Aqşin Qurbanlı (“Neftçi”), yarışın ən yaxşı hücumçusu Nicat Abbasov (“Vətən”), yarışın ən yaxşı texnikalı oyunçusu Ruzigar İbrahimzadə (“İnter”), yarışın bombardiri Ariz İsmayılov (“Vətən”) müakafata layiq görülüblər.
Sonda isə qalib komanda “Neftçi”yə kubok təqdim olunub.
Xatırladaq ki, bu turnir artıq 5 ildir ki, keçirilir. Yarışın artıq ənənə halını alaraq keçirilməsində məqsəd Respublika Prezidentinin Azərbaycan futbolunun inkişafı haqqında imzaladığı Dövlət Proqramına dəstək olmaqdır.
“Granit AS” turuzm şirkətinin rəhbəri Aftandil Vəliyev bildirib ki, belə yarışların təşkil olunması uşaq futbolçuların ustalıqlarını artırır və uşaqlar arasında futbolun təbliğini daha da artırmış olur.
Bu yarışın Azərbaycan futbolunda üzə çıxardığı istedadlı futbolçular aşağıdakılardı:

1. Anar Məhərrəmov - “İnter” (Milli komandanın üzvü U-21)
2. Tərlan Quliyev - “Neftçi” (Milli komandanın üzvü U-21)
3. Kamil Hüseynov - “Qarabağ” (Milli komandaya cəlb edilib U-19)
4. Mətin Əbdülsoy - “Bakı” (Milli komandaya cəlb edilib U-17)
5. Pərviz Qaraxanov - “Neftçi” (Mili Komandanın üzvü U-16)
6. Fəhmin Muradbəyli - “Neftçi” (Mili Komandanın üzvü U-16)
7. Cəmil Hacıyev - (“Bakı”nın 17 yaşlılardan ibarət komandasının üzvü)






16 İyun, 2011  15:09 Baxılıb: 1191 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner