Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“Fənərbağça”nın marşı erməni mahnısıdır

"Mahnılarımızı oğramaqdan əl çəkin"

Marşın müəllifi: “Bilsəydik, belə marşı söyləməzdik, bundan sonra söyləməyəcəyik”

Türkiyənin “Fənərbağça” klubu azarkeşlərinin “Zəfər yaxında” marşının musiqisinin erməni millətçilərinin türklər əleyhinə ifadələrlə zəngin “Zartir Lao” (“Qalx, oğlum”) adlı mahnıya məxsus olduğu üzə çıxıb. Simsar.az-ın “Sabah”a istinadən verdiyi məlumata görə, Türkiyədə və müxtəlif ölkələrdə yaşayan onlarla erməni marşın “youtube”dakı səhifəsinə “Mahnılarımızı oğurlamaqdan əl çəkin” yazılı və böyük hissəsi söyüşdən ibarət mesajlar göndəriblər. 

“Zartir Lao” mahnısında “Türk əsgərlər Muş səhrasına girdilər. Sultan bizi öldürmək istəyir. Qalx, çocuğum, sənə qurban olaram” sözləri yer alır. “Fənərbağça”nın marşında isə “Bilək var vuruşmağa, nəfəs var sərf olunmağa, canlar var verilməyə, “Fənərbağça”ya” sözləri mövcuddur.

Digər tərəfdən, “Qrup Yorum”un “Sibel Yalçın” mahnısının “Zəfər yaxında” adlı bölümünün də Zartir Laodan təsirlənərək bəstələndiyi bildirilir. Marşın sözlərinin müəllifi, “Fənərbağça”lı Hakan Yavuz orijinal bəstəsinin ermənilərə məxsusluğunu bilmədiyini söyləyib: “Biz marşı “Qrup Yorum”un mahnısından təsirlənərək bəstələmişik. Bilsəydik, belə bir marşı söyləməzdik. Bundan sonra söyləməyəcəyik”.






10 İyun, 2011  16:55 Baxılıb: 1346 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner