Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“MÜXALİFƏT LİDERLƏRİNİN AKSİYADA OLMAMASI İNSANLARA PİS TƏSİR EDİR”-RƏY

Zəfər Quliyev: “İcazəsiz aksiya zəifliyi pərdələməyə imkan verir”

İctimai Palata iyunun 19-da növbəti mitinqini keçirmək niyyətindədir. Bakı Şəhər İcra Hakimiyyəti çox güman ki, bu dəfə də aksiyanın keçirilməsinə icazə verməyəcək. Müxalifətə yenə də Bibiheybət stadionu göstəriləcək. 

Müxalifət isə Konstitusiyanın 49-cu maddəsini əsas göstərir. Həmin maddədə qeyd olunur ki, hər bir vətəndaşın, ictimai-siyasi birliklərin sərbəst toplaşmaq hüququ var. Kütləvi aksiyaların keçirilməsilə bağlı öncədən müvafiq icra qurumu xəbardar olunmalıdır .

BŞİH isə insanların istirahət hüquqlarının pozulmasını əsas gətirərək müxalifətə şəhərin mərkəzində aksiya keçirməyə icazə vermir.

Məlumatlara görə, İctimai Palata bu dəfə fərqli qərar verə bilər. Qurum daxilində “Bibiheybətə gedək” deyənlərin sayı kifayət qədərdi. Amma bu təklifə qarşı çıxanlar da var.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı bildirib ki, İctimai Palatanın müraciətinə Bakı Şəhər İcra Hakimiyyətinin cavabından asılı olaraq qərar qəbul olunacaq: “Biz öz konstitusion hüququmuzdan imtina etməməliyik. Bibiheybət stadionunda və ya şəhərin digər ucqar yerlərində aksiya keçirilməsinin tərəfdarı deyiləm”.

İctimai Palatanın üzvü, ekspert Zəfər Quliyev Simsar.az-a bildirib ki, müxalifətin özunə inamı və cəmiyyət tərəfindən dəstəyi xeyli azalıb: “Belə şəraitdə şəhərdən cox uzaq, balaca və tam uğursuz yerdə icazəli aksiya kecirmək cox risklidi. İcazəsiz aksiya isə zəifliyi pərdələməyə imkan verir. Lakin hesab edirəm ki, liderlerin aksiyada iştirak etməməyi insanlara cox pis təsir edir və aksiyalara yeni insanlarin qoşulmasının qabağını alır. Bunu düzgün hesab etmirəm”.

Ekspert 19 iyun mitinqindən ugurlu bir nəticə gözləmədiyini deyib.


RUSLAN







7 İyun, 2011  16:53 Baxılıb: 1692 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner