Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Yeni Müsavat”dan Yazıçılar Birliyinə cavab: “Özümüzü bir də Anarın qəzəbindənmi qoruyaq...”

Azər Ayxan: “Rauf Arifoğlu Anarı elə bir günündə müdafiə edib ki...”

Bu günlərdə “525-ci qəzet”də Azərbaycan Yazıçılar Birliyi mətbuat xidməti imzası ilə “Yeni Müsavat” qəzetinə, onun kollektivinə qarşı təhqiramiz bir yazı dərc edilib. Yazıda işlədilən ağır ifadələri, gərəksiz, təhqir dolu sözləri burda bir daha yazıb, heç kimin könlünü bulandırmaq istəmirik. AYB-nin bu cür açıqlama yaymasına səbəb qəzetimizin köşə yazarı Zamin Hacının bir yazısı olmuşdu. Guya təşkilat Zamin bəyin köşəsindən təsirlənib və ona cavab verib. Əslində isə bu köşə bəhanədir. “Yeni Müsavat”a və qəzetin rəhbərliyinə kin qusub AYB-nin ixtiyar başqanı. Səbəbi bizə də bəlli deyil bu kinin. Bunu haqq edəcək bir sayğısızlığımız olmayıb da AYB-ə və onun ağsaqqal rəhbərliyinə. Üstəlik, “525-ci qəzet” “Yeni Müsavat” haqda bu yazını dərc edərkən, nədənsə, redaksiyanın mövqeiyini öyrənməyi lazım bilməyib. Məqalə birtərəfli şəkildə oxucuya təqdim olunub.

Mövzu ilə bağlı “Yeni Müsavat” qəzeti baş redaktorunun birinci müavini Azər Ayxanla danışdıq. O bildirdi ki, AYB-nin bu mövqeyi onu həm məyus edib, həm də təəccübləndirib: “Əvvəla, həm Yazıçılar Birliyi, həm də “Yeni Müsavat” qəzeti yaradıcı insanların toplaşdığı təşkilatlardır. Normal tənqidi ruhlu bir açıqlama yazıb, elə bizim redaksiyaya yollaya bilərdilər, biz də məmnuniyyətlə o açıqlamanı çap edərdik. Bunca qəzəbə, nifrətə, təhqirə nə hacət vardı, açığı anlamıram. İkincisi, yaxşı olardı ki, köşə yazarımızın toxunduğu məsələylə bağlı AYB rəhbərliyindən kimsə “Yeni Müsavat”a danışardı. Baxmayaraq ki, bu məsələ ictimailəşəndə biz AYB-nin mətbuat katibini canlı yayına dəvət etmişdik. O, bizim təklifi rədd etmişdi. Bunların heç birini etməyib, başqa bir KİV-də ünvanımıza hədyanlar yazmaq, nə AYB-nin, nə də onun hörmətli sədrinin adına layiq deyil. AYB bütün sivil və məqbul variantları bir kənara qoyub, ən sonuncu varianta əl atdı – bizə iradını təhqir və söyüşlə bildirdi”.

A.Ayxan dedi ki, AYB elə reaksiya verib, sanki deyilənlər yalandır: “Obyekt icarəyə verilib, Allah bazar versin, ordan aldıqları para halalları olsun, sözümüz və gözümüz yoxdur. Sadəcə bilinəndə ki, həmin obyekti icarəyə götürənlər oranı uyğun profil üzrə istifadə etmirlər, o zaman cəmiyyətdən etirazlar, qınaqlar gəlməyə başladı. Çox yazıldı bu barədə. Amma nədənsə AYB hamını bir kənara qoyub, “Yeni Müsavat”ı hədəf seçdi. Görünür, bu, Anar müəllimin bizə “xüsusi” münasibətindən irəli gəlir...”.

“Oğlun yaşda insanlarla savaş, dalaş. Ömrün, həyatın bu cür mənasız intriqalarla keçsin. Səni tənqid edənlərə qarğış et, nifrin yağdır. Bəlkə bir dəfə də başqa yolu sınaqdan keçirəsiz? Məsələn, sizi tənqid edən yazarı çağırıb danışasız, ona müsahibə verəsiz, bərabər çay içəsiz? Söyməyə, pisləməyə, bəd dua etməyə nə var ki...”

Azər Ayxanın fikrinə görə, sözügedən açıqlamada Anar bəyin qələminin izləri var: “Ya özü yazıb, ya da hazır materialın üstündə ciddi şəkildə işləyib, onu təhqirlə, kinlə, nifrinlə “zənginləşdirib”. Anar müəllim fərqli fikrə, tənqidə çox dözümsüzdü. Bunu bəzən onun yaşı ilə əlaqələndirirlər. Məncə belə deyil. Gəncliyində də belə olub deyilənə görə”.

Azər Ayxan bir əhvalat danışdı: “1996-cı ildə “7 Gün” qəzetində onun haqqında xırda bir məqalə yazmışdım. 58 yaşı vardı o zaman. Redaksiyaya bir məqalə yollamışdı. O yazını oxudum və iş yoldaşlarıma yarı zarafat, yarı ciddi dedim ki, Anar müəllimin əlində imkan olsa, bilsə ki, qınanmayacaq, hüquqi məsuliyyət daşımayacaq, məni nəşriyyatın koridorunda döydürər. Deməyim o ki, adam həddən artıq dözümsüzdür tənqidə. Bir qələm adamının, AYB sədrinin başqa qələm adamları ilə bu cür rəftarı xoşagəlməzdir. Sən 30 ildən çox eyni postda otur, sədr ol, bir təsərrüfata rəhbərlik et, danış, yaz, poz, sonra de ki, kimsə məni ələşdirməsin. Barəmdə tənqid yazmasın, rəhbərlik etdiyim təşkilata “gözün üstə qaşın var” deyilməsin. Özümüzü bir də Anar müəllimin qəzəbindənmi qoruyaq?!” A.Ayxan dedi ki, “Yeni Müsavat”ın AYB ilə normal münasibətləri olub: “Rauf Arifoğlu ən prinsipial məqamlarda Anar müəllimi ciddi və açıq şəkildə müdafiə edib. Bir neçə il bundan əvvəl onun mərhum yazıçı Şamo Ariflə bir davası vardı. Şamo Arifin növbəti açıqlamasını “Yeni Müsavat” qəzeti də dərc etmişdi. Həmin ərəfədə Rauf bəy xaricdə idi, o yazı çıxandan bir-iki gün sonra Bakıya gəldi. Şəxsən mənə Anarın əleyhinə o cür yazı verilməsinə görə iradını bildirdi. Hətta bu məsələ ilə bağlı özünün açıqlaması oldu, Anarı müdafiə etdi. Mən həmin yazıdan bir sitat verirəm: “Anar bir türk milliyyətçisidir. Mənim dilimin, ölkəmin və millətimin var olması, inkişafı və böyüməsi üçün çox işlər görüb. Şamo müəllim də milliyyətçidir. Lakin o, bir kürd milliyyətçisidir. Uzun illərdir ki, şüurlu şəkildə, bacardığı qədər kürdçülüyü təbliğ edir; bəzən Azərbaycanı və türk millətini kiçik düşürmək bahasına olsa da hətta bir çox hallarda tariximizi xəncərləyərək öz fəaliyyətini sürdürür. Hörmətli Şamo Arifin tarixi-mədəni-siyasi iddiaları ilə tanışam. Bir zamanlar söhbətimiz və mübahisəmiz olub. Onun bu iddiaları və ümumiyyətlə bütün fəaliyyəti mahiyyətcə anti-Azərbaycan və anti-türkdür. O, Azərbaycanın, yerli türklərin nəyi varsa - tarixində və indisində - az qala hamısını kürdləşdirmək kimi bir ağlasığmaz xəttin tərəfdarıdır. Bu baxımdan Şamo Arifin bütün fəaliyyəti, yaradıcılığı prinsipcə Anarın bir hekayəsi qədər faydalı deyil, ola bilməz. Konkret mövzuya gəlincə isə hesab edirəm ki, qəzetlərdə suç yoxdu. Suç Mətbuat Şurası da daxil olmaqla, cəmiyyət təsisatlarında, milli ziyalılarımızdadır ki, hər şeyimizə iddia cəsarəti göstərən, bizi bacardığı qədər inkar edən birisinin şər makinasına vaxtında cəsarətli cavab verməyiblər”.

( Bax: yazının tamamı burada - http://simsar.az/news/a-9669.html )

Görünür, Anar müəllim yaxşılığı tez unudan insan tipidir. İnanıram, bunu oxuduqdan sonra bizə qarşı ədalətsizlik etdiyinin fərqində olacaq.”

Müsahibimiz dedi ki, Anar bir neçə iqtidarla, prezidentlərlə işləyib: “Vəzirov, Mütəllibov, Əbülfəz Elçibəy, Heydər Əliyev və İlham Əliyev. 5 prezidentlə işləyib, vəzifəsini, biznesini qorumaq sizcə, boş-boşunadırmı? Görünür, Anar müəllim iqtidarların hamısına yarınıb və onlardan yararlanıb. Sonra da deyirlər, ziyalıyıq. Ziyalı dediyiniz nədir? Ziyalı o deyil ki, övladlarını vəzifəyə qoyasan, onlara gün-güzəran, biznes qurasan, ömürlük sədr olasan və sair. Ziyalılığın, aydınlığın əsas şərti odur ki, cəmiyyətin, xalqın mövqeyini öz mövqeyindən üstün tutacaqsan. Ailəndən, övladlarından başqa kimsəni düşünmə, sonra da de ki, mən ziyalıyam. Oğlun yaşda insanlarla savaş, dalaş. Ömrün, həyatın bu cür mənasız intriqalarla keçsin. Səni tənqid edənlərə qarğış et, nifrin yağdır. Bəlkə bir dəfə də başqa yolu sınaqdan keçirəsiz? Məsələn, sizi tənqid edən yazarı çağırıb danışasız, ona müsahibə verəsiz, çay içəsiz? Söyməyə, pisləməyə, bəd dua etməyə nə var ki...”.

A.Ayxan sözügedən bəyanatı dərc edən “525-ci qəzet”ə və baş redaktor Rəşad Məcidə də irad bildirdi. Onun sözlərinə görə, “525”-də belə bir yazının getməsi yolverilməzdir: Ona görə yox ki, Rəşad bəy bizim dostumuzdur, həmkarımızdır: “Bu, təkcə dostluq münasibətləri prinsipinə yox, eyni zamanda media prinsiplərinə də ziddir. Orda ən azı bizim də fikrimiz, paralel olaraq mövqeyimiz dərc olunmalıydı. İnanmıram ki, Rəşad Məcid haqda o cür fikirləri biz “Yeni Müsavat” qəzetində və ya musavat.com saytında dərc edər, yayardıq. Dostluğumuz, yoldaşlığımız, həmkarlığımız, ən əsas da peşəkarlığımız buna imkan verməzdi. Üstəlik, Rəşad Məcid də, Rauf Arifoğlu da Mətbuat Şurası İdarə Heyətinin üzvləridir və onların birinin digəri barədə öz qəzetində belə yazı dərc etdirməsi heç bir etika, media normalarına sığmır”.(Musavat)






28 May, 2019  16:44 Baxılıb: 956 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner