Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

RAUF ARİFOĞLU ANARLA ŞAMO ARİFİ BELƏ FƏRQLƏNDİRDİ

“Anar türk, Şamo arif kürd millətçisidir”

Mətbuat Şurasının sədri Əflatun Amaşov un “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin rəhbərliyinə ünvanlanan müraciətinə cavab gəlib. Qəzetlərin rəhbərliyində təmsil olunanlar Şura sədrinin müraciətinin ünvanını səhv saldığını bildiriblər.

Ə.Amaşov müraciətində bildirib ki, adları çəkilən mətbu nəşrlərdə yazıçı Şamo Arifə istinadən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və onun valideynləri ilə bağlı materiallar dərc olunmaqdadır: “Bu materiallarda etik çərçivədən kənara çıxan məqamların üstünlük təşkil etməsi heç də birmənalı qarşılanmır. Söhbət Azərbaycan ədəbiyyatının, ictimai fikrinin inkişafında xidmətləri olan şəxslər barədə nalayiq fikir və ifadələrin ictimailəşməsindən getdiyindən məsələ narahatlıq və narazılıq doğurur”.

Şura sədri müraciətində sözügedən qəzetlərə fəaliyyətlərində cəmiyyət qarşısındakı öhdəliklərinə zidd hallara yol verməməyi, diqqətli olmağı, hadisə və proseslərə həssas yanaşmağı tövsiyə edib.


“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Ə.Amaşovun müraciətinə cavab olaraq bildirib ki, Mətbuat Şurası yaxşı olardı ki, yazıçı Şamo Arifin özünə müraciət edəydi: “Onların bir-birini təhqir etməsi, əlbəttə ki, üzücü prosesdir. Lakin olduqca maraqlıdır. Bu səbəbdən də özünə tribuna tapır. Lakin Mətbuat Şurası prinsip etibarilə haqlıdır. O, yazıçı Anarı ciddi bir şər-şəbədədən müdafiə cəhdi edib. Lakin bu cəhd olduqca cəsarətsiz ifadə olunub”.

“Yeni Müsavat”ın baş yazarı onu da söyləyib ki, bu söz savaşı başlayanda xaricdə olması səbəbindən ona münasibət bildirmək imkanı olmayıb. Bu səbəbdən bunu indi edir: “Anar bir türk milliyyətçisidir. Mənim dilimin, ölkəmin və millətimin var olması, inkişafı və böyüməsi üçün çox işlər görüb. Şamo müəllim də milliyyətçidir. Lakin o, bir kürd milliyyətçisidir. Uzun illərdir ki, şüurlu şəkildə, bacardığı qədər kürdçülüyü təbliğ edir; bəzən Azərbaycanı və türk millətini kiçik düşürmək bahasına olsa da hətta bir çox hallarda tariximizi xəncərləyərək öz fəaliyyətini sürdürür. Hörmətli Şamo Arifin tarixi-mədəni-siyasi iddiaları ilə tanışam. Bir zamanlar söhbətimiz və mübahisəmiz olub. Onun bu iddiaları və ümumiyyətlə bütün fəaliyyəti mahiyyətcə anti-Azərbaycan və anti-türkdür. O, Azərbaycanın, yerli türklərin nəyi varsa - tarixində və indisində - az qala hamısını kürdləşdirmək kimi bir ağlasığmaz xəttin tərəfdarıdır. Bu baxımdan Şamo Arifin bütün fəaliyyəti, yaradıcılığı prinsipcə Anarın bir hekayəsi qədər faydalı deyil, ola bilməz. Konkret mövzuya gəlincə isə hesab edirəm ki, qəzetlərdə suç yoxdu. Suç Mətbuat Şurası da daxil olmaqla, cəmiyyət təsisatlarında, milli ziyalılarımızdadır ki, hər şeyimizə iddia cəsarəti göstərən, bizi bacardığı qədər inkar edən birisinin şər makinasına vaxtında cəsarətli cavab verməyiblər”.

Alı Rza“Azadlıq” qəzetinin redaktoru Alı Rza da hesab edir ki, Mətbuat Şurası bu müraciət məsələsində ünvanı düz seçməyib. Onun sözlərinə görə, “Azadlıq” qəzeti bu dartışmada tərəflərdən heç birinin ünvanına etikadan kənar söz işlətməyib, sadəcə onlara tribuna verib: “Mətbuat Şurası bu polemikanın səviyyəsindən, orada istifadə edilən ifadələrdən narazıdırsa, bununla bağlı polemikada iştirak edənlərə müraciət edə bilər”.






1 Avqust, 2011  15:54 Baxılıb: 1931 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner