Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Oğuz-Qəbələ-Bakı su kəməri – pul gedir, su gəlmir

Lenti 5 ay əvvəl kəsilsə də, işə düşməyən kəmərə ayrılan vəsaitin 230 milyon manatı oliqarxın zavoduna köçürülüb 

2006-ci ildə Oğuzdan Bakıya içməli su kəməri çəkilməsi barədə layihə açıqlananda paytaxt sakinləri, nəhayət, susuz qaldıqları günə son qoyulacağına ümid edirdi. Çünki uzun illərdir ki, Bakı şəhərinin keyfiyyətli, fasiləsiz içməli su təminatını həyata keçirmək müşkülə çevrilib. Bu baxımdan Oğuz-Qəbələ-Bakı (OQB) su kəmərinin problemin aradan qaldırılmasına bəslənən ümidlər çox idi. 


Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin məlumatına görə, kəmərin paytaxtın hətta 80 faizini fasiləsiz su ilə təmin edəcəyi barədə vədlər də səsləndi. Amma kəmərin tikintisi başa çatıb 2010-cu ilin dekabr ayının 28-də açılışı olanda məlum oldu ki, Oğuzdan gələn su Bakının rayonlarına gəlib çatmır. Bunu artıq 5 aydan çoxdur ki, kəmər işlədiyi halda, paytaxtda içməli suyun verilməsindəki qrafiklərin dəyişməməsi də təsdiqləyir.

Kəmər inşa olunandan onun ətrafında böyük qalmaqal başlayıb. Korrupsiya iddiaları, su mənbələrinin yetərli olmaması, layihəyə düşən torpaqların əvəzində kompensasiyaların verilməməsi və Bakıya gətirilən suyun istehsalçı şirkətlər vasitəsi ilə xaricə satılması barədə geniş diskusiyalar açıldı.

45 aylıq «zəhmət» Bakının su dərdinə dərman ola bilmədi

1 milyard dollara başa gələn kəmərlə gətirilən sudan Bakı sakinlərinin nəyə görə istifadə ediə bilməməsini araşdırmağa başlayanda bir sıra ilginc məqamlar aşkara çıxdı. Layihə ilə bilavasitə bağlı müxtəlif mənbələrdən rəsmi alınan cavabların əksəriyyəti bir-birinə ziddiyyyət təşkil edir ki, bu da korrupsiyanın həcmindən xəbər verir.

2006-cı ildə kəmərnin tikintisinə start veriləndən dərhal sonra xərclərdə israfçılıq üzə çıxdı. İlk qalmaqal 2008-ci ildə tikinti işlərinin qəflətən dayanması barədə xəbərlər oldu. O zaman məlum oldu ki, kəmərə ayrılan pul tükənib, amma kəmər heç Qəbələyə qədər çəkilməyib. Halbuki, ilkin layihələnirmə də, onun 14 ay ərzində başa çatması və 480 mln. manata başa gəlməsi planlaşdırılmışdır. Bundan sonra layihənin icra müddəti 45 aya qədər uzandı. 2010-cu ilin dekabrında rəsmi açılış olanda kəmərin 747 mln. manatlıq xərclə yekunlaşdığı elan olundu. Lakin nədənsə, 2011-ci ilin büdcəsində xəttin tkintisi üçün yenidən 33,4 mln. manat vəsait ayrıldı. Hökumət qurumları Bakıda işlərin yekunlaşması üçün bu vəsaitin ayrıldığını bildirdilər. Amma söhbətin hansı işlərdən getdiyi açıqlanmadı. Əgər suyun Bakının rayonlarına paylanması üçün yeni anbarların tikintisi nəzərdə tutulursa, bu işlər artıq görülüb. Bakının Yasamal, Nəsimi rayonlarında 3 yeni anbar-169 Qərb, 169 Qərb və 110 Qərb istiqamətində su kəmərləri tikilib. Baş nazirin müavini Abid Şərifov problemə səbəb kimi Bakının su-kanalizasiya sisteminin köhnə olması və milyardlarla pul lazım gəlməsi ilə izah edib. Bu iddanın nə qədər əsassız olduğunu bir qədər sonra təqdim etdiymiz faktlarda görəcəyik…

24 milyon manat pul alan alman şirkəti layihələndirməni düzgün apara bilməyib

Öncə kəmərin tikintisi ətrafında müxtəlif şirkətlər arasında gedən oyunlara diqqəti çəkmək istərdik.
Dövlət Neft Fondunun 2011-ci il aprelin1-nə olan məlumatında deyilir ki, su kəməri layihəsinin texniki-iqtisadi əsaslandırmasına dair Almaniyanın «CES Consulting Engineers» şirkəti ilə 6 yanvar 2006-cı il tarixində 2,1 milyon avro məbləğində müqavilə imzanlanıb və bu vəsait tam olaraq istifadə olunub.

Lakin su xəttinin tikintisində tenderin qalibi olan podratçı şirkət- Türkiyənin «Turan Hazinadaroğlu İnşaat və Ticarət» Anonim şirkətinin sözügedən layihə üzə maliyyə müdiri Zəfər Özkök bizə verdiyi məlumatda başqa qiymətləndirmə şirkətindən də söhbət açır. Amma bu barədə Fondun məlumatında bir kəlmə də açıqlanmır. «Kəmərin tikintisi nəyə görə bu qədər yubandı» sualımıza Z.Özkök «Eser» adlı başqa bir layihələndirmə şirkətindən danışdı: «İlk tenderdə 252,4 km. kəmərin yalnız 5,2 kilometrinin polad boru olması düşünülürdü. Alman mütəxəssisləri ilk layiləndirmə apararkən yalnız çay keçidlərində poladdan istifadə etməyi düşünmüşdü. Lakin bizim şirkət işə başlamazdan öncə «Eser» şirkətini yenidən layiləndirmə aparması üçün Azərbaycana dəvət etdik. Şirkət bir çox ərazilərdə enişli-yoxuşlu və seysmik zonaların olduğunu müşahidə etdi. Bununla 5,2 km-lik ərazi, hətta 53 km-rə qədər çıxdı. Bununla maliyyə işi böyüdü və polad borularda qaynaq işləri çox olduğundan, hər yük maşınında yalnız 1 borunu (hər borunu diametri 2000 mm-dir) gətirmək mümkün olduğundan işin müddəti də uzandı».

Deməli, dəvət olunun, amma hansısa layihələrdə adı hallanmayan (çox güman ki, afşor zonada qeydiyyatdan keçən hansısa məmur şirkəti olan-müəllif) bu alman şirkətinə verilən 2,1 milyon avro göyə sovrulub. Düzgün layihələndirmənin aparılmaması OQB-nın smetasını şişirdib. Hələ bu azmış kimi, «CES Consulting Engineers» şirkəti ilə məsləhətçi xidmətlərinin həyata keçirilməsi üçün 21,8 milyon manatlıq müqavilə bağlanıb.


Su kəmərində boru «əməliyyatı»

Burada ən maraqlı məqam isə, Dövlət Neft Fondunun aprel ayında yerləşdirdiyi məlumatla «Turan Hazinadaroğlu»ndan bizə verilən rəqəmlər arasında fərqin olmasıdır. Türkiyə şirkəti xəttinin 53 km-ni polad boru ilə tikdiklərini, DNF isə kəmərin 47,7 km poladdan olduğu göstərilir. Həmçinin, maliyyə müdiri Z.Özkök yalız 5,2 km-in polad borudan olması barədə qiymətləndirmə aparıldığını desə də, Azərbayan hökuməti 20,2 km olduğu, sonrada 27 km əlavə edildiyini deyir. Həmin polad boruların Türkiyədən alınması üçün 92 milyon manat vəsait ayrılıb (hər km üçün 1,9 milyon manatlıq boru alınıb). İlkin layihələndirmədə 15 km, daha sonra 6 km fərqin yaranması, korrupsiyadan xəbər verir. Burada nə az, nə çox 12 milyon manat kənarlaşmadan söhbət gedir.
Bundan əlavə, ayrılan investisiyaya görə polad boruların hər metri 1900 manat civarına düşür. Halbuki, 25 atmosfer təzyiqli polad, 2000 mm dairəli boruların Türkiyədə 2011-ci il üçün sonuncu qiymətləri 1800 YTL-dən (900 manatdan), 16 atmosferli isə 1300 YTL (650 manat) yuxarı deyil.

«Turan Hazinadaroğlu İnşaat və Ticarət» Anonim Şirkətinin də sonrada büdcəsinin artması da məmurların boruya korrupsiya yemi kimi baxması ilə bağlıdır. Nəticə türk şirkəti ona ayrılan büdcə hesabına əlavə polad borular gətirməli olur. (Yeri gəlmişkən, türk şirkətinin bu işdəki təcrübəsindən söhbət gedə bilməz. Adıçəkilən kompaniya Türkiyənin dünyanda tanınan 10 ən böyük şirkətlərindən biridir və iri layihələrdə iştirak ediblər. Rusiyanın Soçi vilayətində qaz və su xətti işləri, otel inşaatları, Moldovada polietilen boru su xətti işlərini görüb. Türkiyədə Samsundan Ankaraya təbii qaz boru xətti çəkilişi də adıçəkilən şirkətə həvalə edilib).

Korrupsiyanı ifşa edən tutarlı fakt

Layihədə korrupsiya faktlarını ifşa edən rəqəmlərdən biri polad borularla, şüşəlifli poliestr boru barədə verilən fərqli statistikalardır. Belə ki, Dövlət Neft Fondu verdiyi məlumata görə 266 km-in 47,7 km-nin polad boru, qalan hissə şüşəlifli poliestr borudan ibarətdir. Lakin şüşəli poliestr borular barədə məlumatda 266 km uzunluqda şüşəlifli poliestr boruların və boru məmulatlarının satınalınması üçün «Azkompozit» firması ilə 229,4 milyon manat məbləğində müqavilə imzalandığı göstərilir. Halbuki, məlumatın əvvəlində 20,2 km-nin əvvəldən Türkiyədən alınacaq polad borudan istifadə ediləcəyi qeyd edilib. Sonradan su kəmərinin müəyyən hissəsində şüşəlifli poliestr borularının polad borularla əvəz edilməsinə yaranmış zərurətlə əlaqədar 53,2 km uzunluğunda şüşəlifli borular və boru məmulatlarının müqavilənin dəyərindən çıxarılması nəticəsində müqavilənin dəyərinin 188,8 milyon manata qədər azaldıldığı göstərilir. Halbuki, yenə əvvəlki bəndlərdə polad boru hissəsinin 47,7 km-ə qədər uzadıldığı qeyd edilir. Amma DNF-nun hesabatındakı şüşəlifli poliestr borular hissəsində 53,2 km-dən söhbət gedir. Bu rəqəm icraçı türk şirkətinin statistikasına uyğun gəlir. Deməli, layihə ilə bağlı bir hesabatda iki fərqli rəqəm göstərilib.


800 manatlıq borular 1000 manatdan silinib

Bundan əlavə, 2000 mm diametrli bu borulara gəlincə, onlar Milli Məclisin sədri Oqtay Əsədova məxsus olduğu deyilən «Azkompozit» firması tərəfindən Sumqayıtda istehsal olunur. Bu zavod məhz OQB su kəmərini boru ilə təmin etməsi üçün tikilib və ona Azərbaycan İnvestisiya Şirkəti tərəfindən 14 milyon manat vəsait də ayrılıb. Bu şirkətdən şüşəlifl poliestr borularının alınması üçün 230 milyon manat vəsait köçürülüb. Bu təqribən hökumətin verdiyi statistikada 212,8 km, «Turan Hazinadarğu» tərəfindən verilən məlumatda təqribən 198 km-lik boru xətti üçün sərf edilib. Hökumətin statiskasında 1 metr şüşəlifli poliestr borunun qiymətinin 1080 manata alındığını demək olar.

Su kəmərinin 217 kilometrlik hissəsinə 10 atmosfer təzyiqinə davamlı, qalan hissələrinə isə 16, 20 və 22 atmosfer təzyiqinə tab gətirən borular düzüldüyü qeyd edilir. Bu minvalla Türkiyədə göstərilən təzyiqli, və 2000 mm diametrli boruların neçəyə başa gəldiyi araşdırdıqda, rəqəmlər bizi təəccübləndirdi. 2011-ci ilin qiymətlərinə görə 10 atmosferli boruların 1 metrinin qiyməti 750-800 manat, 16 atmosferli 850-900 dollara, 20 atmosferli 1000-1100 manatadır. Deməli, OQB üçün şüşəlifli poliestr borunun qiyməti Azərbaycanda ya baha istehsal olunur, ya da bu tariflə silinir. Əgər kəmərin 70-80 faizi 10 atmosferli borulardan isifadə olunubsa, deməli bu boruların real qiyməti 800 manatdan yuxarı deyil. Belə çıxır ki, onları idxal etmək istehsaldan daha ucuz başa gəlir.

Kəmərin uzunluğu 266, 262 ya da 252,4 km-dir…

Hələ kəmərin uzunluğu ilə bağlı rəqəmlərin ziddiyətli olması, boruların daha baha qiymətə silindiyini deməyə əsas verir.

Layihəni maliyyələşdirən qurum Dövlət Neft Fondu 2011, aprelin 1-nə olan məlumatında 266 km, OQB su kəmərinin icrası «Azərsu» ASC sorğumuzda 262 km olduğunu göstərsə də , podratçı «Turan Hazinadaroğlu» şirkətinin maliyyə direktoru 252,4 km su xətti çəkdikləri vurğuladı. Bir sıra kütləvi informasiya vasitələrində də OQB-nin uzunluğu 252,4 km göstərir. Burada dövlət strukturları tərəfindən pilləli korrupsiyanın şahidi oluruq. Belə çıxır ki, Dövlət Neft Fondu 266 km layihə üçün ayrılan 780 milyon manat vəsaitin 4 km-nə çəkilən vəsaiti, «Azərsu» 10 km-liyə çəkilən vəsaiti məniməyib. Belə deyilsə, nəyə görə 266 km-lik xətt 252,4 km-ə qədər kiçilib?
780 milyon 266 km-ə böldükdə hər km-ə 3 milyon manat xərcləndiyini demək olar. Podratçı şirkətlə pulu ayıran DNF-nun rəqəmləri arasında 14 km-lik fərq, əslində, nə az nə çox 42 milyon manatlıq kənarlaşmadan xəbər verir…

RAMİL






6 İyun, 2011  20:33 Baxılıb: 2330 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner