Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

AFFA Almaniyadakı futbol məktəbinə ayda nə qədər xərcləyir?

Baş katibin daha bir fırıldağı üzə çıxdı

Son günlər AFFA binasından redaksiyamiza daxil olan məlumatlar səngimir. Ardı-arası kəsilməyən informasiyaların ən sonuncusu isə nə qədər təəcüblüdürsə, bir o qədər də acınacaqlıdı. Belə ki, bu dəfə söhbət Almaniyada fəaliyyət göstərən futbol məktəbindən gedir.
Sən demə ayda bu məktəbə 37.500 avro vəsait ayrılır. Sözü gedən məktəbdə nə az, nə çox, iki müəllim, 32 futbolçu olmaq istəyən uşaq var. Məktəbin direktoru Eduard Davudaşvili həm də, iki müəllimdən biridi. Deməli həm müəllim, həm də direktor kimi maaş alır.

Bəlkə də fikirləşmək olar ki, Almaniya reallığında bir məktəbin saxlanılması üçün bu məbləğ o qədər də böyük rəqəm deyil. Amma, 37.500 avro Azərbaycan futbolunun inkişafına, Almaniyada yoxsa, Azərbaycanda daha çox xeyir verər? Görəsən hər ay bu qədər pulun Almaniyaya getməsinə imza atanlar, Azərbaycan futbolunun nə qədər geri düşməsinə bais olurlar?

Daha bir fakt. Eduard Davudaşvili deyilənə görə Rüstəm Rəhimovun yaxın dostudu. Həmin Rüstəm bəy ki, iki il bundan əvvəl AFFA prezidenti Rövnəq Abdullayev baş katib Elxan Məmmədova onun AFFA-dan kənarlaşdırılmasını göstəriş verib. Amma, nədənsə cənab Məmmədov Rüstəm Rəhimovun işini dəyişməklə kifayətlənib.

Elxan Məmmədov, Rüstəm Rəhimov, Eduard Davudaşvili... vallah adam başını itirir. Görəsən bu trionun 37 500 avro ilə bir əlaqəsi yoxdu ki? Eduardın yüz faiz var! Maraqlıdı, Elxan Məmmədov Rüstəm Rəhimovu hələ də AFFA-dan niyə kənarlaşdırmır? Cavab çox sadədi. Axrıncı abzasın ikinci cümləsini təzədən nəzər salaq.

Davudaşvili deyilənə görə Rüstəm Rəhimovun yaxın dostudu. Olsun. Rəhimov işdən çıxarılsa, Eduarda nə dəxli var? Lap deyək ki, Eduard da dostuna görə filan qədər puldan imtina edib istefa verdi. Məşqçi qəhətdi!? Bəs niyə AFFA prezidentinin göstərişi yerinə yetirilmir? Yəqin Rüstəm Rəhimov Almaniyadan çox şey bilir. Amma danışmır və nə qədər ki, baş katibin kökgəsindədi, az danışacaq.






31 May, 2011  18:47 Baxılıb: 1326 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner