Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

FİFA prezidenti həbs oluna bilər

Zepp Blatterə "korrupsiyaya qurşanmısan" ittiham

Asiya Futbol Konfederasiyasının rəhbəri Məhəmməd bin Həmmam FİFA-nın hazırkı prezidenti Zepp Blatteri korrupsiyada ittiham edib. 

Simsar.az-ın “CNN”ə istinadən verdiyi məlumata görə, bin Həmmam FİFA-nın etika komissiyasından Blatterə qarşı təhqiqata başlamağı xahiş edib. 

İttihama əsasən, FİFA prezidenti Karib Futbol İttifaqının üzvlərinə ödənişlərdən xəbərdar olub və etiraz etməyib. Qətərli futbol funksionerinin fikrincə, Blatterin özü iyunun 1-də keçiriləcək yeni prezident seçkisində səs qazanmaq üçün rüşvət verib. Bin Həmmam mayın 29-da korrupsiya ittihamları ilə bağlı FİFA Etika Komissiyası qarşısında cavab verməlidir. Onun açıqlamaları həqiqətə uyğun olsa, Blatter FİFA-nın son zamanlar korrupsiya ittihamı və etika pozuntusunda adı hallanan 9-cu yüksək vəzifəli üzvü olacaq.

Qeyd edək ki, FİFA prezidenti seçkisinə düz bir həftə qalmış ali futbol qurumu 4 səlahiyyətli şəxsinə qarşı araşdırmaya başlayıb. Onların arasında Zepp Blatterin seçkidəki rəqibi Məhəmməd bin Həmmam da var.






27 May, 2011  17:14 Baxılıb: 1393 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner