Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

İslamiadanın biletlərinin satış tarixi və qiymətləri açıqlanıb

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının biletləri martın 19-dan satışa çıxarılacaq. Oyunların Əməliyyat Komitəsinin Media və İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, satışda 500 mindən artıq bilet olacaq. Onlar 20 növ üzrə yarışları əhatə edəcək. İdman həvəskarları izləmək istədikləri yarışlara biletləri baku2017.com rəsmi veb-saytından və şəhərin müxtəlif yerlərində açılacaq 12 satış məntəqəsindən əldə edə biləcəklər. Biletlərin satışa çıxarılacağı əsas ticarət mərkəzlərinə Park Bulvar, Gənclik və 28 Mall -Ticarət Mərkəzləri daxildir. Bunula yanaşı, oyunların keçiriləcəyi 16 idman obyektində də biletlərin satış köşkləri açılacaq.

Bütün 190 idman sessiyaları üçün nəzərdə tutulmuş biletlərin qiyməti 2 manatdan 5 manatadək dəyişəcək.16 yaşınadək uşaqlar 13 idman arenasında idman yarışlarını pulsuz izləyə biləcəklər. 2 - 16 yaşlı uşaqlar üçün Heydər Əliyev adına Arena, Milli Gimnastika Arenası və Tofiq Bəhramov adına Respublika Stadionuna təyinatlı biletlərin qiyməti 1 manat, digər idman obyektlərində keçiriləcək yarışlara isə biletlər pulsuz olacaq.

Bakı Olimpiya Stadionunda keçiləcək açılış mərasiminə biletlərin qiyməti 20 - 200 manat, bağlanış mərasimi üçün isə 10 - 100 manat nəzərdə tutulub.

Simsar.az






7 Fevral, 2017  15:05 Baxılıb: 1844 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner