Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

Maraqlı

Asan yolla sağlam arıqlama üsulları

Arıqlamaq elə də çətin deyil

Sürətli arıqlamaq üçün pəhrizlər qısa bir müddətdə çəkini atmağa imkan verir. Amma qısa müddətdə yalnız sərt, yəni aşağı kolorili pəhrizlər səmərəsini göstərir. Belə pəhrizlərə ehtiyatla riayət eləmək lazımdır. Uzun müddət aşağı kolorili pəhriz tutanlarda baş gicəllənməsi, əsəbilik, yorğunluq, bağırsaq problemləri, anemiya müşahidə oluna bilər. Bəzi xroniki xəstəliklərdə pəhrizlər müəyyən fəsadlara səbəb ola bilər. Pəhriz vasitəsilə qısa bir müddətdə çəki itirənlər bu cür qida rejiminə son qoyandan sonra əlavə kiloqramları bir daha yığa bilərlər. Çünki orqanizm piyi ehtiyat olaraq yığmağa meyllidir. Ona görə də pəhrizə riayət edərkən insan ümumiyyətlə, qida və yeməyə olan münasibətinə yenidən baxmalıdır.

Sürətli arıqlamaq üçün pəhrizlər bu prinsiplə təsir edir. Piy ehtiyatları qida rasionu kolorisinin kəskin azalması hesabına əriyir. Qadınlar üçün gündəlik rasion 1700 kilokolorini aşmamalıdır. Aşağı kolorili pəhrizlər 14 gündən uzun müddət davam etdikdə adətən öz səmərəsini vermir. Bu cür pəhrizlə iki həftəyə 5-7 kiloqram arıqlamaq olar. Sürətli arıqlamaq üçün pəhrizlərin ziyanından yayınmaq üçün istifadə edilən məhsullarda vitamin, mikroelementlər və mineral maddələrin kifayət qədər olmasına diqqət yetirmək lazımdır

Belə bir aşağı kolorili pəhrizi sınaqdan keçirtmək olar:

1-ci səhər yeməyi: 1 ədəd qaynadılmış yumurta, şəkərsiz kofe və ya çay

2-ci səhər yeməyi: (saat 12-də) bir az yağsız kəsmik, kefir və ya 1 stəkan tərəvəz şirəsi)

Nahar yeməyi: 170 q toyuq, balıq və ya ət, təzə tərəvəzdən hazırlanmış, limon şirəsi əlavə olunmuş salat, hansısa şirin olmayan meyvə və ya 170 q çiyələk, gilas və ya albalı.

Şam yeməyi: sakitləşdirici və vitaminli otlardan çay dəmləməsi.

Sürətli arıqlamaq üçün pəhrizi başa vurandan sonra itirilmiş kiloqramları yenidən yığmamaq üçün tədricən qidanın kolori və həcmini artırmaqla normal, balanslaşdırılmış yeməyə keçmək olar. Əldə edilən çəkini ya daimi fiziki məşğələlərlə, ya da qidanın kolorisini nəzarət altında saxlamaqla (qadınlar üçün gündə 2200 kilokolorini keçməmək şərti ilə) qorumaq olar.

Bütün başqa tanınmış pəhrizlər (azyağlı, zülal, Montinyak pəhrizi, vegeterian, məhsulları ayrı-ayrılıqda qəbulla qidalanma) ya uzun müddət üçün, ya da ki bütün ömür boyu üçün nəzərdə tutulub. Hesab olunur ki, bu cür pəhrizlər sağlamlığa ziyan vurmur və daha davamlı effekt verir

Qarabaşaq pəhrizi

Qarabaşaq pəhrizinin 2 variantı daha çox istifadə edilir. Bu pəhriz zamanı 2 həftədə 3-5 kg arıqlamaq mümkündür.

1-ci variant:

Pəhriz müddəti 2 həftədir. Axşamdan 1 stəkan qarabaşağa 2 stəkan qaynadılmış su əlavə edilərək dəm alması üçün bir kənara qoyulur. Bu bir stəkan qarabaşaq sizə bir gün boyunca nəzərdə tutulur.Günün istənilən saatında qarabaşağı yeyə bilərsiniz. İçmək üçün su və kefirdən istifadə etməlisiniz. Bütün 2 həftə boyunca şəkər, duz və yağdan imtina etməlisniz. Hətta qəhvə də olmaz. Yalnız az miqdarda çay, o da şəkərsiz içmək olar. Bütün bunlar sizə çətin gələrsə, menyuya bir ədəd alma da daxil edə bilərsiniz.

2-ci variant:

Pəhriz müddəti 1 həftədir. 1,5 stəkan qarabaşağı 3 stəkan suda qaynadın.Səhərlər acqarına 1 stəkan qaynanmış su içdikdən 30 dəqiqə sonra hazırladığınız qarabaşaq sıyığını yeyin.Yanında kefir, ya da şəkərsiz çay da içə bilərsiz. Günorta və axşam yeməyində yenə də qarabaşaq sıyığının qalmış hissəsini yeyin. Gün boyu bol su və təzə tərəvəz sokları içə biərsiniz. Arada şəkərsiz çay da olar.

Simsar.az





4 Fevral, 2017  11:15 Baxılıb: 1266 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 May, 2017  10:25

26 May, 2017  10:23




23 May, 2017  13:39




23 May, 2017  09:22





22 May, 2017  09:28

22 May, 2017  09:24



20 May, 2017  11:37













18 May, 2017  00:11

16 May, 2017  10:04

16 May, 2017  10:02






15 May, 2017  09:49




12 May, 2017  14:49


12 May, 2017  12:37