Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

Doşabın faydaları

Bəkməzdə (doşab) baldan 8 dəfə çox dəmir var. Bəkməz qan azlığı, mineral çatışmazlığı, saç tökülməsi kimi problemlər zamanı köməyimizə çatır. Bəkməz başdan-başa bir mineral qaynağıdır. Əgər bənizi solmuş, qanı az olan birisini görsəniz, ona gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı bəkməz içməsini söyləyin. Cəmi 15-20 gündən sonra həmin insanın necə dəyişdiyini görəcəksiniz. Təsəvvür edin ki, 1 xörək qaşığı tut bəkməzini içmək 1 stəkan tut yeməyə bərabərdir, yəni 1 stəkanın içindəki minerallar 1 xörək qaşığına yığılmışdır. Bəli, bəkməz təzə meyvənin yerini verə bilməz. Çünki bişəndə bəzi vitaminlər (hansı ki, suda həll olur) parçalanır, amma yağda olan vitaminlər və minerallar parçalanmır.

Bəkməz qan azlığında, soyuqdəymələrdə, bronxitlərdə (çox yaxşı bəlğəmgətiricidir), qaraciyər xəstəliklərində, halsızlıqda, immunitet zəifliyində, sümük əyilmələrində və əriməsində (kalsium çatışmazlığında osteoporoz), ağız-boğaz yaralarında (ağızda bir müddət saxlanılır, sonra udulur) insan orqanizminə çox güclü təsir edir. Tut bəkməzində sink çox olduğunda prostat problemi olanlar üçün çox faydalıdır. Bəkməz böyüməkdə olan uşaqlarımız üçün də mükəmməl qidadır. Uşaqların minerallara daha çox ehtiyacı var. Bəkməz qan damarlarının içini yağlardan təmizləyir, bununla da ürək və qaraciyərin daha yaxşı işləməsinə şərait yaradır.

Başdan-başa enerji mənbəyi olan doşaba "qaraciyərin dostu" desək, yanılmarıq. Bu nemət həm də dalaq böyüməsində faydalıdır. Şəkər xəstələri doşabı çox az istifadə etməlidirlər. Yaxşı olar ki, turş nar bəkməzindən istifadə etsinlər.

Əncir bəkməzi ürəyi zəif olanlar, tez-tez qıcolmaları olanlar, öskürəkdən, babasildən əziyyət çəkənlər üçün faydalıdır. Ürəyin vurma gücünü artırır. Dəridə səpmə və ləkələri olanlar üçün də faydalıdır.

Tut bəkməzi daha çox istifadə olunur. Belə deyək, bəkməzlərin şahıdır. Ana südünü artırır, böyrək və sidik yollarının həm daş xəstəliyində, həm də iltihabi xəstəliklərində faydalıdır, əsəbləri sakitləşdirir, uşaqlarda beyin inkişafını sürətləndirir, mədə-bağısaq yaralarında çox faydalı olmaqla yanaşı, ağciyər xəstəliklərinə də müsbət təsir edir. Bəkməzi su ilə də qarışdırıb içə bilərsiniz.//medicina.az






17 Yanvar, 2020  10:35 Baxılıb: 5197 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner