«Mançester Yunayted»in sahibi yayda komandaya yeni ulduzların alınmasına «hə» deyib.
Simsar.az «The Guardian»a istinadən verdiyi məlumata görə, komandanın sahibi olan Qleyzerlər ailəsi transfer üçün 160 milyon funt sterlinqdən artıq pul ayırıb. Beləliklə, «Qırmızı şeytanlar»ın «Atletiko»nun qapıçısı David de Xeanın ardınca bir sıra digər səs-küylü transferlərə də imza atması gözlənilir.