Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

1 milyardlıq stadionun təməli qoyulacaq

FİFA və UEFA prezidentləri də təməlqoymada iştirak edəcək  

Azərbaycanda ən böyük stadionun təməlqoyma mərasimi iyunun 6-da keçiriləcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlunun apasport verdiyi məlumata görə, Böyük Şor qəsəbəsində, Əzizbəyov metrosu yaxınlığında tikiləcək 65 minlik stadionun təməli futbolumuzun 100 illik yubileyinin keçiriləcəyi gün qoyulacaq: 
“Bildiyiniz kimi, iyunun 6-da Azərbaycan futbolunun 100 illik yubileyi ilə əlaqədar bir sıra tədbirlər keçiriləcək. Bunlardan biri həmin stadionun təməlqoyma mərasimidir. FİFA prezidenti Yozef Blatterlə UEFA prezidenti Mişel Platini futbolumuzun 100 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Azərbaycana gələcəklər. Onların stadionun təməlqoymasında iştirakı nəzərdə tutulub. Bundan əlavə, iyunun 6-da AFFA-nın Mərdəkan qəsəbəsində inşa etdirdiyi 6 minlik tutumu olan “Dalğa” stadionunun açılışı olacaq. Yubiley tədbiri axşam “Buta Palace”da keçiriləcək tədbirlə yekunlaşacaq”. (APA)

100 illik tədbirdə 2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında dünya çempionatının final mərhələsinin loqotipi də təqdim olunacaq.

Qeyd edək ki, AFFA keçirəcəyi 100 illik tədbirə bir sıra xarici qonaqları da dəvət edib. UEFA üzvü olan 40-a yaxın federasiya dəvəti qəbul edərək, ölkəmizə gələcək.






26 May, 2011  16:32 Baxılıb: 1310 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner