Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

İdman

Füzuli Musayev: "2017 -ci ilə, böyük ümidlərimiz var" - MÜSAHİBƏ

Karate üzrə dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun rəisi, Azərbaycan Taekvando Federasiyasının vitse prezidenti Füzuli Musayevlə dünən simsar.az saytı arasında narazılıq yaşanıb. Bayramla bağlı sorğu keçirən əməkdaşımızın zəng vurduğu ictimai xadimlər arasında Füzuli müəllimin də adı var idi. Bir rəqəm səhvliyi ilə əməkdaşımızın zəng vurduğu qarşı tərəf Füzuli Musayevin adından müsahibə verərək infarkt keçirdiyini söyləyib. Üzülərək bu xəbəri versək də amma tez bir zamanda xəbərin doğru olmadığını Füzülı bəy özü redaksiyamıza zəng vuraraq bildirdi. Beləliklə ortada yaranan anlaşılmazlığa da son qoyuldu. Fürsətdən istifadə edib F.Musayevdən bayram təəssüratlarını öyrəndik.

"Bayramla bağlı danışmağa başlamazadan əvvəl, qeyd edim ki, səhhətimdə hər şey qaydasındadır, infarkt keçirtməmişəm. xəbərdən narahat olan bütün yaxınlarıma əzizlərimə təşəkkür eirəm. Amma narahatlığa səbəb yoxdur. Hər gün idmanla məşğulam, nə qədər nəfəsim gəlir məşğul olacağam, iş həyatımda da hər şey qaydasındadır. Bayrama gəlincə isə, Yeni il ərəfəsində hamı məşğul olur. Mən də bildiyiniz kimi FHN idman saglamlıq klubunun rəisiyəm. Əməkdaşlarımız arasında hər ay müxtəlif idman növlərindən yarışlar keçiririk. O yarışlarda birincilik əldə edən əməkdaşlarımız həm daxili həm də beynəlxalq çempionatlarda çıxış edirlər. Qalib əməkdaşlarımız da cənab nazir tərərfindən təqdimat yazılaraq fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılacaq."

Yarışlarda böyük qələbələr qazandıqlarını söyləyən müsahibimiz ili uğurla başa vurduqlarını hesab edir. Təmsil olunduğu federasiyaların yekun tədbirlərindən danışan F.Musayev ilin federasiyası seçildiklərini qeyd edərək olimpiya oyunlarında yeganə qızıl medalın və Bakıda keçirilən dünya kubokunun sahibi olduqlarını vurğuladı. "Bu özü bizim üçün böyük bir qələbə idi. Karate sahəsində isə şəxsi tələbəm Rafael Ağayev 5 -ci dəfə dünya çempionu oldu. O ki qaldı 2017 -ci ilə, böyük ümidlərimiz var. Qarşıdan gələn ildə bizi Azərbaycanda keçiriləcək İslam Oyunları gözləyir. İstər taekvandoçularımız istərsə də karateçilərimiz bu yarışlara inamla qatılacaqlar. Şəxsən özümə gəldikdə isə 2016 -cı il iqtisadi baxımdan çox ağır keçsə də, həyat davam edir. Düşünürəm ki bu gün Azərbaycan çox ölkələrdən irəlidədir. inşallah 2017 ci il düşərli olacaq. Fürsətdən istifadə edib bütün dünya azərbaycanlılarını həmrəylik günü və yeni il münasibətilə təbrik edirəm. Arzu edirəm ki həmişə həmrəy olaq".

Biz də Simsar.az komandası olaraq Füzuli bəyi bayramlar münasibətilə təbrik edir və hər zaman belə sağlam olmağı arzulayırıq. İnanırıq ki,dünən həmkarlarımıza verdiyi müsahibədə "Onu yazanların özlərini infarkt vurub" deməsi sadəcə ani bir əsəb krizindən yaranıb.

Simsar.az





Aliexpress INT
29 Dekabr, 2016  11:01 Baxılıb: 1396 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
21 Oktyabr, 2017  10:49

21 Oktyabr, 2017  10:29


20 Oktyabr, 2017  21:39


20 Oktyabr, 2017  09:39

20 Oktyabr, 2017  09:35


20 Oktyabr, 2017  09:21

20 Oktyabr, 2017  08:18




19 Oktyabr, 2017  14:20


19 Oktyabr, 2017  13:06


19 Oktyabr, 2017  11:31


19 Oktyabr, 2017  10:09

19 Oktyabr, 2017  09:54

19 Oktyabr, 2017  09:51




18 Oktyabr, 2017  12:49





18 Oktyabr, 2017  10:03



17 Oktyabr, 2017  12:34





17 Oktyabr, 2017  10:09




16 Oktyabr, 2017  12:31


16 Oktyabr, 2017  09:02