Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Xalq təbabətindən növbəti təqdimat-Astma

Bu xəstələr necə qidalansın?

Bu xəstəlikdən əziyyət çəkənlər əsasən buğda bişmiş yemeklərlə qidalansalar daha məqsədəuyğun olar. Bu xəstəliyin xalq təbabətinə uyğun olaraq, reseptlərində müxtəlif qida məhsullarından hazırlanmış pürelər üstünlük təşkil edir. Aşağıda astmadan əziyyət çəkənlər üçün reseptlər təqdim edirik.

Tərəvəzlə kökdən şorba- püresi (əzmə).
Kök – 4 ədəd, kartof – 4 ədəd, ağ kələm- 100 qr, yaşıl noxud- 100 qr, kərə yağı- 2 xörək qaşığı, xama- 1 stəkan, duz- zövqə görə.
Tərəvəzi təmizləyib yuyurlar, üstünə təzə noxud tökürlər. Sonra tərəvəzə 3 stəkan soyuq su əlavə edib hazır olana qədər qaynadırlar. Həlimi soyudub, tərəvəzi içindən çıxarırlar. Sürtüb ələkdən keçirir- lər. Püreni (əzməni) həlimlə qarışdırırlar. Duz əlavə edib qaynadır- lar. Süfrəyə verməzdən əvvəl üstünə yağ və ya xama əlavə olunur.

Zapekanka (alma və düyü ilə)
Öncədən isladılmış düyü ilə süd vam odda, hazır olana qədər, qaynadılır. Hazır olduqda oddan götürülür. Üzərinə təmizlənib xırda-xırda doğranmış alma, duz, 1 xörək qaşığı kərə yağı, şəkərlə qarışdırılmış yumurta, vanil əlavə olunur. Sonra onları qarışdırıb sobanın içində bişirirlər.

Balqabaq, gicitkan və çuğundur sıyığı.
Çuğundur sürtkəcdən keçirliib, xırda kublara doğranmış balqabaqla birlikdə 20-30 dəqıqə qaynadılır.Üzərinə 2 ovuc təzə və ya 2 xörək qaşığı quru gicitkan əlavə olunur. Daha 15-20 dəqiqə qaynadı-lır. Kərə yağı və ya xama əlavə olunub duzlanır .

Balqabaqla darı sıyığı
600 qr balqabaq, 4 stəkan süd, 1,75 stəkan darı, duz və şəkər zövqə görə.
Balqabağı sürtkəcdən yaxud ət maşınından keçirin. Süd əlavə edib 10 dəq. qaynadın. Sonra darını töküb şəkər və duz əlavə edin. Qarışdıra- qarışdıra daha 15 dəq. qaynadın. Sıyıq qatılaşanda onu 30 dəqiqə müddətinə sobaya qoyun.

Darçınlı kəsmik
450 qr yağlı kəsmik, 1/3 xörək qaşığı üyüdülmüş darçın, 0,5 stəkan şəkər tozu.
Kəsmiyə darçın və şəkər tozu əlavə edib yaxşı- yaxşı qarışdırın. Alınmış kütləni boşqablara çəkib süfrəyə verin.

Kəsmikli əriştə küküsü.
150 qr əriştə, 200 qr kəsmik, 1 ədəd yumurta, 1,5 xörək qaşığı şəkər tozu, 20 qr kərə yağı, 1 çay qaşığı üyüdülmüş suxarı, duz zövqə görə.
Əriştəni duzlu suda qaynadandan sonra aşsüzənə töküb suyunun axmağına imkan verin. Kəsmiyə şəkər tozu və yumurta əlavə edib kütlə alınana qədər qarışdırın. Sonra əriştəni də ora əlavə edib bir daha yaxşı-yaxşı qarışdırın. Alınmış kütləni kərə yağı sürtülmüş və suxarı tökülmüş tavaya qoyun. Üstünə azca kərə yağı çiləyib sobaya qoyun. Qabığı qızarana qədər bişirin. Süfrəyə verməzdən əvvəl üstünə öz zövqünüzə görə xama əlavə edə bilərsiniz.

Tərəvəz püresi (əzməsi).
Kök, şalğam, kələm-hər biri 30 qr, 1əd. kartof, süd-30 ml, 1 çay qaşığı bitki yağı, duz zövqə görə.
Tərəvəzi diqqətlə şotka ilə yuyun, təmizləyin, doğrayın, üstünə qaynar su tökün. (Tərəvəz tamamilə suyun altında qalmalıdır).Qapa- ğını örtüb vam odda bişməyə qoyun. Ehtiyatlı olun ki, yanmasın. Yarıya qədər hazır olanda iri doğranmış kartofu əlavə edin və tam bişənə qədər gözləyin.Tərəvəzi isti-isti ələkdən sürtərək keçirin. Qaynar süd əlavə edin və duzlayın. Yaxşı-yaxşı qarışdırın və qayna- masını gözləyin. Yemək hazır olanda ona bitki yağı əlavə edin.


Kəsmik kətəsi.
500 qr kartof, 150 qr kəsmik, 3 yumurta, buğda unu, 30 qr əridilmiş yağ, duz və xama zövqə görə.
Kartofu qaynadıb kəsmiklə birlikdə ət maşınından keçirin. Çiy yumurta, duz və buğda unu (2 xörək qaşığı) əlavə edin. Alınan küt-ləni yenidən ət maşınından keçirin. Kətələr düzəldib unda diyirlədin və qabığı qızarana qədər bişirin. Süfrəyə isti-isti verin. Yanında xa- ma da vermək olar.






24 May, 2011  21:24 Baxılıb: 1828 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner