Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qanazlığından necə xilas olaq-Xalq təbabəti

Anemiya 

Əziz oxucular, ta qədimdən nənələrimiz babalarımız xalq təbabətindən istifadə edərərk müxtəlif xəstəliklərin üstəsindən gəliblər. Xəstəliklərə qalıb gəlməyin yollarından biri də təbabət üsulu ilə pəhriz saxlamaqdır. Məsələn anemiya (qanazlığı) xəstəliyini aşağıda təqdim etdiyimiz reseptlərlə aradan qaldırmaq mümkündür. Dəmir çatışmazlığı ilə müşaiyət olunan qanazlığında xəstəyə tez mənimsənilən dəmir vacib lazımdır. Ətdə, xüsusilə heyvanın qara- ciyərində dəmir bolluq təşkil edir. Anemiya xəstəliyi üçün xüsusi yemək reseptlərini sizlərə təqdim edirik. 

Suda bişirilmiş ciyər

Qaraciyəri duzlu suda bişirəndən sonra, boşqaba qoyub üzərinə doğranmış keşniş, kərəviz, şüyüd yarpaqları əlavə edin. Onu həm ayrıca yemək, həm də piroqun içliyi kimi istifadə etmək olar.

Qızardılmış ciyər

Bu yeməyin dadı onun düzgün hazırlanmasından çox asılıdır. Bunun üçün əvvəlcə tava yaxşıca qızdırılır.Sonra tavaya yağ əlavə edilir.(Yaxşı olardı ki, ətin qızardılmasında yalnız kərə yağından istifadə olunsun). Qaraciyər 1,5 sm-dən qalın olmamaq şərtilə doğ- ranılır. Kəsilmış tikələrin hər iki tərəfi duzlanır və bir-birinə sıx şə- kildə tavaya qoyulur. Elə ki, tikələr yarıya qədər qızardı, digər tərə- fin də qızarmağı üçün onları çevirib, üzərlərinə nazik və halqavari doğranmış soğan əlavə edirlər. Yaxşı olar ki, qaraciyər qarnirsiz, la- kin qızardıldığı soğanla və təzə göyərti ilə (kahı, keşniş, şüyüd, cə-fəri, kərəviz) birlikdə yeyilsin.Yeməyə bir az kəskinlik gətirmək üçün onunla birlikdə süfrəyə xardal da vermək olar. 

Buğda bişirilmiş ciyər

Qaraciyəri azca qovurub qazana ( və ya gil qaba) qoyurlar.Qara- ciyərin tavada qalmış suyunda soğanı piylə qovurub, su ilə birlikdə ciyərin üstünə əlavə edərək, 30 dəqiqə ərzində vam odda bişirirlər. Sona yaxın xama əlavə edib bir burum qaynadırlar. Onu süfrəyə qarabaşaq sıyığı ilə birlikdə verirlər.
1 kq ciyər, 2 baş soğan, 0,5 xörək qaşığı xama, 0,5 xörək qaşığı piy, duz (zövqə görə).

Qəlyanaltıda qaraciyər

Bunun üçün 0,5 kq qaraciyər, 0,5 stəkan süd, 2 yumurta, 20 qr un, 3 dilim sarımsaq, 50 qr piy, 3 baş soğan, 0,5 çay qaşığı çay sodası, üyüdülmüş qara bibər, duz, sarımsaq lazımdır. Əvvəlcədən isladılmış çiy ciyər soğan və piylə birlikdə xırda-xırda doğranılır. Duz, süd, yumurta, soda əlavə olunur və yaxşıca qarışdırılır. Alınmış kütlə piylə yağlanmış saca (yaxud tavaya) qoyulub qızardılır. Hazır yeməyin üzərinə duzla və üyüdülmüş qara bibərlə ovulmuş sarımsaq sürtülür.

Ciyər paşteti

Bunun üçün 1kq qaraciyər, 150-200 qr kərə yağı, 1-2 baş soğan, üyüdülmüş bibər, dəfnə yarpağı, duz, göyərti və soyutma yumurta. 
Ciyər isladılır və üstündəki qabıq təmizlənir. Sonra yumşalana kimi ədviyyatlar qatılmış duzlu suda bişirilir. Bişmiş ciyər ət maşı- nından keçirilir və sonra ona yumşaldılmış kərə yağı, qızardılmış soğan və üyüdülmüş bibər əlavə edilir. Alınmış kütlə qarışdırılıb boşqaba qoyulur. Yeməyin üstü yariya bolünmüş yumurta və təzə göyərti ilə bəzədilir.

Can ətindən bifşteks

600 qr ət, 1 xörək qaşığı piy, duz, istiot.
Can əti vətərlərdən təmizlənib liflərin eninə kəsilir.(Tikələrin qalınlığı 2 sm və təxminən 125 qr olmalıdır). Tikələr azca döyülür, zövqə görə duz və istiot əlavə olunur. Piylə yağlanaraq qızdırılmış tavada təxminən 15 dəqiqə müddətində qızardılır.Qanlı bifşteks həvəs- karları üçün onu 7-8 dəqıqə qızardırlar. Çünki onun tərkibində çəhrayı şirə qalmalıdır. Süfrəyə sürtkəcdən keçirilmiş qıtığotu kökü (Xren - rus dilində ) və yaşıl noxudla birlikdə verilir.

Befstroqanov

500 qr ət, 60 qr yağ, 150 qr xama, 2 baş soğan, duz.
Əti liflərin eninə nazik tikələrə doğrayıb, döyürlər. Sonra əriştə xəmiri kimi nazik-nazik doğrayıb, qaynar yağda 5-7 dəqiqə qovururlar. Nazik halqalarla doğranmış soğanı başqa qabda, onu da həmçinin yağda, qızardırlar. Sonra soğanı ətin üstünə töküb birlikdə yenə 7 dəqiqə qovururlar. Daha sonra əti tavadan çıxarırlar, alınmış şirəyə qurudulmuş un, xama əlavə edib qarışdırırlar.Yenidən əti qaba töküb, 2-3 dəqiqə qaynadırlar.

Folqada qızardılmış can əti-

1kq can əti, 50 qr piy, duz, göyərti.
Can ətini qabıqdan təmizləyərək, yarıb içinə xırda tikələrlə piy basırlar. Yaxşıca duzlayıb, folqaya bükərək tavaya qoyurlar . 1-1,5 saat müddətində elektrik sobasında qızardırlar.Bişmiş can ətini süf- rəyə verməzdən əvvəl dilim-dilim doğrayıb kahı yarpaqlarının üzə- rinə qoyaraq, göyərti ilə bəzəyirlər.










21 May, 2011  16:35 Baxılıb: 5583 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner