Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

““Qarabağ”dan ayrılmamışam, qayıdacam”

Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda Saloniki şəhərində keçiriləcək PAOK – “Qarabağ” oyununu Ağdam klubundan müvəqqəti ayrılan mütəxəssis Çudomir Çakarov da canlı izləyəcək.“Qafqazinfo” supersport.az-a istinadən xəbər verir ki, səhhətindəki problemlərə görə Ağdam klubundan ayrılan Çakarov hazırda vəziyyətinin müsbətə doğru getdiyini bildirib:“Mən doğma komandamdan ayrılmamışam. “Qarabağ” mənim canımdır və bu klubda olmağımla fəxr edirəm. Məlum səbəbdən hazırda istirahətə ehtiyacım var. Allaha şükür ki, səhhətim getdikcə yaxşılaşır və bir müddət sonra məni yenidən iş başında görəcəksiniz. Qayıdacam”.Səhhətindəki problemlə bağlı Çakarov ötən il də bir müddət “Qarabağ”dan ayrı düşmüşdü. Yeddi ildir Azərbaycan klubunda çalışan mütəxəssis, “Qarabağ”ın PAOK-u yenidən məğlub etmək gücündə olduğunu deyib:“Bu gün gərgin və maraqlı qarşılaşma izləyəcəyik. Əlbəttə ki, doğma komandama bağlılıq və hər bir uğur məni sevindirir. Buna görə də “Qarabağ”ın PAOK-la oyununu canlı izləmək üçün Yunanıstana gəlmişəm. Nə qədər çətin olsa da, inanıram ki, komandam Bakıda olduğu kimi Salonikidə də uğurlu nəticə qazana bilər”.







3 Noyabr, 2016  13:54 Baxılıb: 1157 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner