Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

AFFA və UEFA rəhbərinin görüşü olub

Bu gün AFFA prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan UEFA prezidenti Aleksander Çeferinlə görüşüb. Simsar.az - ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, R.Abdullayev UEFA prezidenti seçilməsi münasibətilə A.Çeferini bir daha təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı AFFA və UEFA arasında mövcud əməkdaşlığın müvəffəqiyyətlə davam etdirildiyi vurğulayıb, gələcək planlar müzakirə olunub. AFFA prezidenti bildirib ki, UEFA ilə AFFA əməkdaşlarının birgə əməyi sayəsində son 6 ayda Azərbaycanda futbolun inkişafı ilə bağlı yeni proqram layihəsi hazırlanıb və dünən UEFA və AFFA nümayəndələrinin iştirakı ilə proqram layihəsi geniş müzakirə olunub.

"GROW 2020" adlanan proqramda 5 illik inkişaf strategiyası nəzərdə tutulub. AFFA rəhbəri təmsil etdiyi qurumun UEFA ilə birgə yeni inkişaf strategiyası hazırlayan ilk milli assosiasiyalardan biri olmasının sevindirici hal olduğunu deyib.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun, baş katib Elxan Məmmədovun, UEFA-nın baş katibi Teodor Teodoridisin və UEFA-nın əməkdaşı Zoran Lakoviçin iştirak etdiyi görüşün sonunda xatirə şəkli çəkdirilib.






30 Sentyabr, 2016  15:22 Baxılıb: 2010 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner