Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

BAEA: İran nüvə razılaşmasına riayət edir

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) yaydığı məlumata əsasən, İran nüvə proqramının dinc məqsədlər üçün istifadəsinə dair bu ilin iyul ayında bağlanmış razılaşmanın şərtlərinə riayət edir. Məlumatda bildirilir ki, sanksiyaların ləğv olunması istiqamətində konkret addımlar atan İran tərəfi “Natans” və “Fordo” nüvə obyektlərindəki sentrifuqaların sayını 4500 ədəd azaldıb. Bundan sonra həmin nüvə strukturlarındakı sentrifuqaların ümumi sayı 15500 ədədə düşüb.

Ləğv edilmiş sentrifuqalar uranın zənginləşdirilməsi üçün hələ istifadəyə verilməmiş elementlər olub. Uranın zənginləşdirilməsi üçün artıq istifadə edilən sentrifuqaların ləğvi nisbətən mürəkkəb proses olsa da qısa zamanda – 2016-cı ilin birinci rübü ərzində bu mərhələ də yekunlaşmalıdır.

“Altılıq” ölkələri ilə İran arasında bağlanmış sazişə əsasən, İranın nüvə obyektlərindəki sentrifuqaların ümumi sayı 6 mindən artıq ola bilməz. Yalnız bundan və digər şərtlər icra olunduqdan sonra Tehrana qarşı beynəlxalq iqtisadi sanksiyalar ləğv ediləcək.






19 Noyabr, 2015  15:10 Baxılıb: 1019 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner