Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

«Şəfa» stadionunun yeni görüntüləri

Arenanın dizyanı "Sanzaro" şirkəti tərəfindən hazırlanıb

"Şəfa" stadionu yeni görünüşdə istifadəyə verilomək üzrədi. Fanat.az xəbər verir ki, bir müddətdi təmir və yenidənqurma işləri aparılan arenanın dizyanı "Sanzaro" şirkəti tərəfindən hazırlanıb.
Stadionu uzun müddətli icarəyə götürən "İnter"in mətbuat xidnətinin rəhbəri Səbuhi Məmmədov bildirib ki, arenanın yenidən inşasının ümumi kompleksinə iki altı mərtəbəli binanın inşası və hər iki binanı birləşdirəcək qalereyanın tikintisi daxildi. İnşa edilən birinci binada 4 ulduzlu 50 nömrəlik otel yerləşəcək. Bundan başqa, binada VİP dərəcəli 3 sərnişin lifti və dama çıxışı olan 1 xidməti lift, yeraltı avtodayanacaq olacaq.
İkinci binada isə müxtəlif şirkətlər üçün ofislər yerləşəcək. Həmin bina da 6 mərtəbəli olacaq, burada həmçinin kafe fəaliyyət göstərəcək. Hər iki binanın damında solyariya istifadəyə veriləcək. Birləşdirici qalereya 3 mərtəbədən ibarət olacaq. Birinci mərtəbədə mətbuat konfransları üçün zal, kafe, spa-salon və idman məhsulları satılan mağaza yerləşəcək.
İkinci mərtəbədə 80 nəfər üçün nəzərdə tutulmuş 2 restoran fəaliyyət göstərəcək. Restoranların birində müştərilərə Avropa, digər restoranda isə milli və dünya mətbəxindən yeməklər təklif ediləcək. Üçüncü mərtəbədə qış bağı, limonariya və musiqi salonu olan şəkil qalereyası yerləşəcək.
Artıq ümumi tikinti işləri və binanın şüşə örtüyülə üzləmə işi başa çatdırılıb, liftlər montaj olunub. Binanı su, istilik, elektrik enerjisilə təmin etmək qalır. Bundan başqa, bəzək işlərini, o cümlədən mətbəx və restoran avadanlığının quraşdırılmasını həyata keçirmək lazımdı. Yeni üzlüyə malik bina Heydər Əliyev prospektinin görünüşünü də yaxşılaşdıracaq.






18 May, 2011  16:30 Baxılıb: 1452 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner